elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

25 июля 2015 г.

Şabanov Mahir Tahir oğlu

Şabanov Mahir Tahir oğlu 19 yanvar 2000-ci ildə Lənkəran rayonu, Girdəni kəndində dünyaya göz açıb. Mahir körpəlikdə sakit, ağıllı, təmkinli, ünsiyyətcil uşaq olub. Uşaqlıqdan onun musiqiyə böyük marağı olub. Həmyaşıdlarını başına yığıb, onlar üçün mah­nı oxuyardı. Hətta o yatərkən də öz-özünə züm­zümə edərək yuxuya gedib. Mahirin 4 yaşı olanda böyük qardaşının dərs vəsaiti, kitabları ila maraqla­nıb, oxumağa çalışırdı. 
Mahir məktəbə gedənə qədər əlifbada olan bütün hərfləri tanıyır, yazıb-oxumağı bacarırdı. Musiqiyə xüsusi marağı 3 yaşından hiss olunmağa başlayıb. Bu istedad ona ailədən, gendən gəlib. Atası, əmiləri də musiqiçidir. 
Mahir birinci sinfə Şağan qəsəbəsi Füzuli Gözəlov adına orta məktəbdə gedib. Hazırda Xəzər rayonu Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə oxuyur. Dərslərini yaxşı oxuyur, ən sevdiyi fənnlər ədəbiyyat, Azərbaycan dili, tarix və musiqidir. 
Məktəbdə təşkil olunan bütün tədbirlərdə iştirak edir, öz səsiylə tədbir iştirakçılarını valeh edir. 
2012- ci ilin aprel ayının 11-də Xan Şuşinski müsabiqəsində Laureat adını alıb. 
Mahir 1-ci sinfi bitirdikdən sonra valideynləri onu Binə qəsəbəsində yerləşən 24 saylı 11 illik musiqi məktəbinin fortopiano şöbəsinə yazdırıblar. Amma onun həvəsi muğama olduğundan, məktəbdə yaxın otaqda keçirilən muğam dərslərinin yanında olurdu onun fikri. Nəhayət Mahiri məktəbin muğam müəllimi Arif Qənbərovun yanına aparıblar, onu dinlədikdən sonra muğam sinfinə keçiriblər. 
Qazandığı uğurlara görə müəllimi Arif müəllimə və valideynlərinə borcludur. 
Gələcəkdə Milli Konservatoriyaya qəbul olub, muğamın incəliklərini daha dərindən öyrənmək, böyük səhnələrdə çıxışlar etmək arzusundadı. Muğamızımı bütün dünyaya çatdırmaq və Azərbaycanı təmsil etmək ən böyük arzusudu.

Комментариев нет:

Отправить комментарий