Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli
olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.
Dahi Üzeyir Hacıbəyov müəllimlərlə bağlı belə
deyirdi: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli vəzifədir. Hər adam
onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona
tapşırmaq böyük xətadır. ”
Ümummilli lider Heydər Əliyev müəllimlərin əməyini
hər zaman yüksək qiymətləndirmiş və belə demişdir: “Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi
vardır. ”
Əbəs yerə müəllimlərdən söhbət açmadıq. Sizə
haqqında danışmaq istədiyimiz 10 yaşlı qəhrəmanımız bu şərəfli peşənin sahibi
olmaq və tutduğu yolda yüksək pilləyə ucalmaq arzusundadır. 10 yaşında bu peşənin
məsuliyyətini dərk edir və ona can atırsa, bizə yalnız bu yolda ona uğurlar diləmək
düşər. Təhsil sahəsində bir sıra yeniliklərə imza atmaq arzusu olan Minagülü
sizlərlə tanış edirik.
Şabanova Minagül Ayaz qızı 22 yanvar 2005-ci ildə
Bakı şəhərində anadan olub.
Minagül sakit, sözəbaxan uşaq olub. Musiqiyə və rəqsə
maraq göstərib.
Məktəbə getməmişdən əvvəl yazmağı və oxumağı öyrənib
. Hal-hazırda Türkan qəsəbəsində, Dərdayıl Cəbrayılov adına 119 saylı orta məktəbdə
təhsil alır. Dərslərində çox çalışqan qızdır. Əlaçıdır. Sevimli fənlərinin
arasında riyaziyyat, musiqi də var.
Minagül məktəbdə keçirilən tədbirlərin aktiv
iştirakçılarından biridir. Onun yer aldığı tədbirlərin sırasında 21 fevralda
keçirilən “Ana dilim, şirin dilim” adlı tədbir də var. Minagül həmin tədbirin
aparıcısı olub. Bundan başqa Novruz Bayramına görə təşkil edilən tədbirdə
“Bahar qızı” rolunda çıxış edib.
Minagül gələcəkdə ibtidai sinif müəlliməsi olmaq
istəyir. Məktəbə gedəndən onda bu istək yaranıb. Müəlliməsi Zərnişan Əliyevanın
sayəsində bu sənətə marağı oyanıb.
Minagül bütün Azərbaycana səs salmaq istəyir. Orta
məktəbi başa vurandan sonra ali təhsil almaq, yüksək savadlı müəllimə olmaq, ziyalı
kimi bütün Azərbaycanda tanınmaq istəyir. Təhsil sahəsinə yeniliklər gətirmək
arzusundadır.
Asudə vaxtı olanda Minagül musiqi dinləməyi, şəkil
çəkməyi çox xoşlayır.
Musiqiyə və rəqsə böyük marağı olan Minagül deyir
ki, əgər hansısa incəsənət sahəsi ilə məşğul olsaydı, rəqsə daha çox üstünlük
verərdi. Xüsusilə milli rəqslərimizə qarşı həvəskardır. Musiqiyə olan həvəsi
körpəlikdən yaranıb . Nə vaxt musiqi səsi eşitsə oynayarmış . Bu həvəs ona
anasından keçib.
Minagül uşaq jurnalı olan “Bizim Super Klub”
jurnalının keçirdiyi müsabiqələrdən birində iştirak etmiş və qalib olmuşdur. Buna
görə də həmin jurnalda Minagül haqqında məlumat verilmişdir.
Комментариев нет:
Отправить комментарий