Məryəm adı ən gözəl xanım adlarından biridir. Hətta
həmin ada dinimiz İslamın müqəddəs kitabı olan Qurani-Kərimdə də rast gəlirik. Adətən
bu adın sahibləri incə düşüncəli, zərif olurlar. Bu balaca qəhrəmanımız da Məryəm
adını daşıyır.
İsayeva Məryəm Xankişi qızı 13 noyabr 2007-ci ildə
Bakı şəhərində anadan olub.
Məryəm 1 yaşında danışmağa başlayıb.
Uşaqlıqda çox dəcəl olub. Rəqs etməyi, şəkil çəkməyi
xoşlayırdı. Musiqiyə də maraq göstərirdi. Məryəmin 3 yaşı olanda nənəsi ona
çoxlu şeirlər öyrətmişdi, hərflərin çoxunu tanıyırdı. Lakin 5 yaşında olanda artıq
sərbəst yazmağı və oxumağı bilirdi. Bunu uşaq bağçasında müəllimlərinin sayəsində
öyrənmişdi.
Məryəm pianoda ifa etməyi də bacarır. Bu sahə üzrə
dərs alır.
Yay tətilində isə üzgüçülük dərsləri də almaqla
vaxtını dəyərləndirir.
Hal-hazırda 83 saylı liseydə təhsil alır. Əlaçıdır.
Məryəm ona tədris olunan bütün fənnlərə qarşı
maraqla yanaşır. Ancaq riyaziyyat fənnini xüsusilə sevir.
Məryəm çox aktiv qızdır. Uşaq bağçasında keçirilən
bütün tədbirlərdə, şənliklərdə fərqli rolları olub.
İndi liseydə keçirilən tədbirlərə də qatılır. Məsələn,
“20 Yanvar”, “Xocalı” hadisələri haqqında keçirilən tədbirlərdə şeirlərlə çıxış
etmişdir. Həmçinin qanlı hadisələri əks etdirən rəsmlər çəkib, həmin rəsmləri də
tədbir üçün təqdim etmişdir.
Novruz Bayramında keçirilən şənlikdə də “Bahar
qızı” rolunda çıxış etmişdir.
Əlifba bayramında müxtəlif rollarda çıxışı olub.
Məryəmin gələcək hədəfi cərrah olmaqdır.
Boş vaxtlarında öz otağında oturub oyuncaqları ilə
səhnəciklər qurur, oyuncaqlarla onların dili ilə danışır.
Məryəmin qardaşı Məhəmməd ondan 4 yaş kiçik
olduğuna görə, Məryəm boş vaxtlarında qardaşına da yazmağı, oxumağı, saymağı və
müxtəlif şeirləri öyrədir.
Комментариев нет:
Отправить комментарий