Pənahov Nihad Natiq oğlu 9 iyul 2003-cü ildə Bakı şəhərində dünyaya
göz açıb.O, uşaqlıqda çox sakit və sözə qulaqasan bir uşaq olub. İdman
oyunlarını, kitab oxumağı, tətildə səyahətə çıxmağı çox xoşlayır.O, hələ məktəbə
getməmiş yazı yzamağı, oxumağı, şeir deməyi bilirdi. Bütün bunları o, böyük
bacısından öyrənmişdi.Məktəbə getdikdən sonra isə Nihad özü şeirlər, hekayələr
yazmağa böyük həvəs göstərmişdir. Hal-hazırda “ Cek və Cekson qardaşları” adlı
hekayə üzərində işləyir. Gələcəkdə kitab çıxartmaq arzusundadır. 18-21 noyabr
2011-ci ildə “Savalan” qəzetində “Qırmızıpapaq “ adlı rəsmi dərc olunub.
Nihad
təhsilə ilk qədəmlərini Bakı şəhəri 287 saylı “Zəkalar” liseyində atıb və
hal-hazırda da orada təhsilini davam etdirir. Dərslərindən “əla” qiymətlər
alır. Ən şox sevdiyi fənlər isə Azərbaycan dili, riyaziyyat , tarix və ingilis
dilidir.
Məktəb
tədbirlərində fəal iştirak etmişdir. Yeri gəldikcə rəqs üzrə və yeri gəldikcə
isə şeir deməklə öz istedadını nümayiş etdirmişdir. Məktəb üzrə keçirilən sınaq
imtahanlarında “ Fəxri Fərman”-a layiq görülmüşdür. Həmçinin Kaspi təhsil məktəbində
kursu uğurla tamamladığına görə ingilis dili sertifikatı almışdır.
Nihad
əldə etdiyi uğur və nailiyyətlərinə görə ilk növbədə valideynlərinə , sonra isə
müəllimlərinə borclu olduğunu deyir və onlara təşkkür edir.
Nihad:
“ – Böyüyəndə biznesmen olmaq istəyirəm.Gələcəkdə bu işin öhdəsindən gələcəyimə
çox inanıram.Mənim hədəfim ən yüksək zirvədir. Mən elə düşünürəm ki, tarixin
yaddaşında qalmaq istəyən adam gərək Hacı Zeynalabidin Tağıyev kimi xeyirxah,əliaçıq,mərd
bir şəxsiyyət olsun.Mən fəaliyyətimdə ona oxşamaq istərdim.
Asudə
vaxtlarımda kitab oxumağı, komyuterdə oyunlar oynamağı , fantastik filmlərə
baxmağı və uşaqlarla futbol oynamağı
xoşlayıram. ”
Ana
dilim
Ana
dilim Azərbaycan
Doğma
dilim Azəbaycan,
Doğma
dilin unudan kəs
Bu
torpaqda böyümüşəm.
O
şəxsiyyət deyildir məhz
Azəriyəm
fəxr edirəm
Nə
qədər ki yaşayacam
Hara
getsəm mənimləsən
Səni
hər an ucaldacam
Hərkim
səndən vaz keçərsə,
Doğma
dilim Azərbaycan
Öz-özünə
olar düşmən
Ana
dilim Azərbaycan!
Nihadın
vətəninə , dilinə , xalqına bağlılığı onun incəruhlu şeirlərində də öz əksini
tapmışdır.
Комментариев нет:
Отправить комментарий