Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Zəhra Emin qızı İbrahimovadır. Zəhra 6 yanvar 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Zəhra körpəlikdə çox sakit və ağıllı uşaq olub. Özü tək oynamağı xoşlayırdı. Uşaqlarla ünsiyyət qurmağı, nağıllara qulaq asmağı və şeir öyrənməyi çox xoşlayırdı. Ən çox al-əlvan rənglərlə rəsmlər çəkirdi. Zəhra məktəbə gedənə qədər yazıb-oxumağı bilirdi. Yazıb-oxumağı ona valideynləri öyrədib.
Zəhra ilk təhsilini Bakı şəhəri 102 saylı tam orta məktəbdə alıb. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini çox yaxşı oxuyur,ən sevdiyi fənlər riyaziyyat və azərbaycan dilidir. Zəhra valideynlərinin və müəllimlərinin etibarını hər zaman doğruldur.
Zəhra məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak edir.
O, "Yeni il " şənliyində qar qız rolunda olmuş və aparıcı kimi çıxış etmişdir. Zəhra "Qönçə dərgisi"nə yazıldığı günü ən uğurlu gün hesab edir. Zəhra rəqs dərnəyindən diplom, şahmat dərnəyindən isə fəxri fərman, təşəkkülnamə ilə təltif olunmuşdur.
O, əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə anasına borclu olduğunu düşünür. Fəaliyyəti ilə bağlı ən yüksək zirvəyə qalxmaq arzusundadır. Zəhra hələ hansı sənəti seçəcəyini dəqiq bilmir. O, asudə vaxtlarında kitab oxumağı çox sevir. Zəhra rəsm əsərləri çəkməyi çox sevdiyinə görə daha çox mənzərə rəsmlərinə üstünlük verir. Onun əsas hədəfi orta məktəbi əla qiymətlərlə bitirib, yüksək balla ali məktəbə qəbul olmaqdır.
Комментариев нет:
Отправить комментарий