elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2015 г.

Cümşüd Ramin oğlu Piriyev

Azərbaycan istedadları ilə həmişə tanınmışdır. Belə gənc istedadlarımızdan biri də Cümşüd Ramin oğlu Piriyevdir. Cümşüd 10 yanvar 2008-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Cümşüd körpəlikdə nadinc, bununla yanaşı düşüncəli və öz fikrini ifadə etməyi bacaran bir uşaq olub. O, üzgüçülüklə məşğul olmaqla yanaşı, məntiqi və riyaziyyat testlərini də işləməyə marağı böyükdür. Cümşüd məktəbə gedənə qədər yazıb-oxumağı çox yaxşı bilirdi. Yazıb-oxumağı məktəbəqədər təhsil müəssəsində və evdə valideynləri tərəfindən mənimsəmişdir. Beş yaşında artıq böyük qardaşının test kitablarındakı çalışmaları həll edərək öz fikrini sərbəst və izahlı şəkildə çatdırmağı bacarırdı. Bu marağı onda atası və anası oyatmışdır.
Cümşüd 2013-cü ildə Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin I sinfinə daxil olub. Hazırda həmin məktəbin II sinfində təhsil alır. Dərslərini əla oxuyur. Ən sevdiyi fənlər riyaziyyat, azərbaycan dili, ingilis dili və rus dilidir. Cümşüd məktəbdə keçirilən bütün bayram və tədbirlərdə fəal iştirak etmişdir. Səhnələşdirilmiş nağıllarda müxtəlif rolları canlandırmış, şeirlər söyləmişdir.
Cümşüd üçün ən maraqlı günlər Qubada, Xaçmazda, Xınalıqda, Zaqatalada, Balakəndə və sinif yoldaşları ilə getdiyi gəzintilər olmuşdur. O, 2013-2014 cü il və 2014-2015 ci illərdə tədris ilini əla qiymətlərlə bitirdiyi üçün tərifnamə ilə təltif olunmuşdur. Cümşüd uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və ona təhsil verən müəllimlərinə borclu olduğunu hesab edir. Atasına oxşamaq istəyir.
Ən böyük arzusu oxuduğu orta məktəbi müvəffəqiyyətlə bitirib, ali məktəbə daxil olmaq, əsgər olub vətənə borcunu yerinə yetirmək və polis olmaqdır. Cümşüd asudə vaxtlarında kompyuter oynamağı, parka getməyi, test kitabları işləməyi, nağıl kitabları oxumağı və televizora baxmağı xoşlayır.
Əsas hədəfi polis olmaq, valideynlərinin və böyüklərinin qayğısına qalmaqdır. Cümşüd polis olub etdiyi işlərlə yadda qalmaq arzusundadır. Arzusu, məqsədi böyük olan Cümşüdə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий