elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 июля 2015 г.

Fəttahov Seymur Anar oğlu

Fəttahov Seymur Anar oğlu 25 mart  2000-ci ildə Gürcüstan Respublikası Marneuli  rayonunun Kirəç-Muğanlı  kəndində anadan olub. Seymur körpəlikdə sakit, ağıllı, təmkinli, ünsiyyətcil  uşaq olub. Uşaqlıqdan onun musiqiyə böyük marağı olub.
10 yaşından sonra valideynləri tam olaraq  əmin olublar ki, onun marağı sazadı.   
Seymur məktəbə gedənə qədər yazıb-oxumağı bacarmayıb. Musiqiyə xüsusi marağı onu tanınmış aşıqlardan dərs almağa gətirib-çıxarıb.    
Seymur birinci sinfə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 104 saylı  orta məktəbdə gedib. Hal-hazırda həmin  məktəbdə oxuyur. Dərslərini normal oxuyur, ən sevdiyi fənnlər idman, rəsm və musiqidir.
Məktəbdə təşkil olunan bütün tədbirlərdə iştirak edir, öz ifasıyla tədbir iştirakçılarını valeh edir.
Qazandığı uğurlara görə müəllimi Aşıq Dəmirə və valideynlərinə borcludur.
Novruz şənliklərində İctimai  televiziyanın efirlərində tez-tez çıxışlar edib. Heydər Əliyev mərkəzində təşkil olunan konsertdə və dəfələrlə yenidən İctimai televiziyanın efirlərində çıxış edib.
Gələcəkdə Ali məktəbə qəbul olub, sazın incəliklərini daha dərindən öyrənmək, böyük səhnələrdə çıxışlar etmək arzusundadı. Sazımızı bütün dünyaya çatdırmaq və Azərbaycanı təmsil etmək ən böyük arzusudu.
Uğurlar sənə!

Комментариев нет:

Отправить комментарий