elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 марта 2017 г.

Aylin Cәlal qızı Qasımova

Sizlәrә ailәnin yeganә övladı olan Aylin Cәlal qızı Qasımovadan danışmaq istəyirik. O, 2007-ci il iyunun 12-dә Bakı şәhәrindә anadan olmuşdur. Uşaqlıqdan ağıllı davranışı ilə digərlərindən fərqlənib. Kitab oxumağı, rәsm çəkməyi,gimnastika vә musiqini çox sevib. Həmişə bu sahələrə böyük hәvәsi olub. Anası Lalə xanım onu körpә yaşlarında klassik musiqi ilә yatızdırırmış. Bu da Aylindә musiqiyə hәvәs oyatdı. Vә bununla da Aylinin fortepianoya olan marağı üzә çıxdı. Bacarıqlı qızımız oxumağa da meylli uşaqdır. İlk yazıb-oxumağı da müәllimi vә valideyinlәri tәrәfdәn öyrənib. Hazırda isә Aylin 132-134 saylı Tәhsil Kompleksindә tәhsil alır. İlk gündәn bu günә qәdәr dәrsini әla qiymәtlәrlә oxuyur vә әn çox sevdiyi fәnni riaziyyatdır. Mәktәbdә keçirlәn bir çox tәdbirlәrdә iştirakı edib.Yaxşı oxuduğuna görә vә tәdbirlәrdә fәal iştirakına görә diplomlar vә tәrifnamәlәr әldә etmişdir. Bu tәdbirlәrdә şeir söylәmiş, mahnı oxumuş vә rәqs etmişdir. Hәyatının әn uğurlu günü konservatoriya sәhnәsindә çıxış etdiyi gün olub. Әn maraqlı günü isә valdeynlәrinin ona balaca it bağışladığı gündür. Әldә etdiyi uğur vә nailiyyәtlәrinә görә özünü valdeynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Xüsusәn dә anasına minnәtdarlığını bildirir. Zərif qəlbli balamız qeyd edir ki, anası onun inkişafı üçün çox әmәk sәrf edir. Atasını özünә ideal bilən Aylin balamız onun kimi Bank sektorunda işlәmәk istәyir. Gәlәcәkdə çox yaxşı oxumaq vә Harvard Universitetindә tәhsil almaq istәyir. Bununla yanaşı musiqi tәhsilini dә davam etdirmәk istәyir. Asudә vaxtı çox az olur vә o, vaxtı sәmәrәli keçirmәyi xoşlayır. Mәs: mütaliə edir, ailәsi ilә birgә vaxt keçirir vә intellektual verilişlәrә baxır. Biz dә redaksiya olaraq Aylin qızımıza mənalı hәyat yolunda uğur vә nailiyyәtlәr arzu edirik.

Комментариев нет:

Отправить комментарий