elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 марта 2017 г.

Sofiya Hüseyn qızı Hüseynli


Azәrbaycanımızın istedadlı yeniyetmәlәrindәn bir dә Sofiya Hüseyn qızı Hüseynlidir. O, 2006-ci il dekabrın 25-dә Bakı şәhәrindә anadan olmuşdur. Uşaq yaşlarından ağıllı vә aktiv davranışı ilə diqqət mərkəzinə düşməyi bacarıb.İlk söylədiyi kəlmə müqəddəs ana sözü olub. Üzməyi çox sevib və iki-üç ayından etibarən üzmәyә başlayıb. Sofiya qızımız üç yaşında artıq karate ilә mәşğul olmağa başladı. Sonra isә növbə fortepiano dərslərinə çatdı. Bütün bunlarla yanaşı dәrsi ilә dә mәşğul olurdu. Artıq mәktәbә gedәndə yazıb-oxumağı bilirdi. Bu işdə baxça müәlliməsinin əməyini qeyd etmək lazımdır.
Sofiya 132-134 saylı Tәhsil Kompleksindә tәhsil alır. Dәrs әlaçısıdır, әn çox sevdiyi fәnnlәr riyaziyyat, fransız dili vә ingilis dilidir. Dil öyrənməyi çox sevir. Mәktәbdә keçirlәn tәdbirlәrdә iştirak etməyə çox həvəslidir.Belə ki xorda solistdir, rəqs edir,idmanla bağlı tәdbirlәrdә də fəal iştirakçıdır.Sofiya qeyd edir ki, əldә etdiyi uğurlarına görә özünü valdeynlәrinә vә müәllimlәrinә borclu hesab edir. Gәlәcәkdә anasına bənzəmək istәyir.
Asudә vaxtlarında heyvanlarla zaman keçirməyi xoşlayır. Gәnc qәhrəmanımız hәlә hansı peşənin sahibi olacağına qәrar vermәyib.Rəssamlığa,səsi olduğu üçün müğənniliyə,piano ifaçılığına və idmançı karyerası yaratmağa şansı olsa da aktrisalığa meyli daha güclüdür. İnanırıq ki, onda olan oxumaq, öyrәnmәk hәvәsi bütün çәtinliklәrә qalib gәlәcәk, elmdә, tәhsildә xarüqәlәr yaradaraq yüksәk zirvәlәr fәth edәcәk.

Biz də bu istedadlı balaya şansın bol,yolun açıq olsun deyirik!

Комментариев нет:

Отправить комментарий