elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Lәman Aslan qızı Kәrimli

 
Növbәti qәhrəmanımız Lәman Aslan qızı Kәrimlidir. O, 2002-ci il fevral ayının 9-da Bakı şәhәrindә anadan olub. Lәman körpәlikdә sakit, ağıllı, bacarıqlı qız olub. Uşaq yaşlarından anası Mehriban xanım ona yazıb-oxumağı öyrədib. Birinci sinfə 132-134 saylı Tәhsil Kompleksində qədəmlərini atan Lәman hazırda da, hәmin mәktәbdә tәhsilin davam etdirir. Ən yaxşı şagirdlәrdәn biri, dәrs әlaçısıdır. Çox aktiv vә fәal şagirddir. Fikirlәrini sərbəst ifadә etmәyi bacarır. Әn çox sevdiyi fәnlәr ingilis dili və riyaziyyatdır. Mәktәbdә keçirilәn tәdbdirlәrdә fəal iştirak edir. Buna görə də tәrifnamә vә fәxri fәrman әldә edib. O qeyd edir ki, hәr günü unudulmazdır. Fәaliyyәtindәn dolayı yüksәk pilləyə ucalmaq istәyәn Lәman qazandığı uğurlarına görə özünü ailәsinә borclu hesab edir. Anasını özünә ideal olaraq seçən ləman asudә vaxtlarında kitab oxumağı vә gәzintini çox xoşladığını deyir. Lәman vurğulayır ki, әgәr kitab yazsaydım insanların fikirlәrini dәyişmә mövzusunu işləyərdim.

Gәlәcәklә bağlı planları haqda danışan qəhrəmanımız ali mәktәbә qәbul olmağı, sonra isә eyni zamanda oxuyub-işləməyi hədəflədiyini bildirir. Magistratura tәhsili almaq niyyətindədir. Öz biznesini qurmaq istәyәn Lәmanın әn ümdə arzusu ölkәmizi dünyada layiqincә tәmsil etmәk vә uğurlar qazanmaqdır. Gәlәcәkdә daha da böyük nailiyyətlərə imza atmasını arzulayaraq deyirik - uğurlar olun sәnә, Lәman bala!

Комментариев нет:

Отправить комментарий