elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 марта 2017 г.

Nərmin Elşad qızı Mustafayeva

 
Haqqında danışmaq istədiyimiz növbəti qəhrəmanımız Nərmin Elşad qızı Mustafayevadır. O, 1 dekabr 2004-cü ildə Bakı şəhərində dünyaya göz açıb. Körpəlikdə sakit təbiətli, iti yaddaşlı və ətrafda başverənlərlə yaxından maraqlanan biri olub. Kitablara marağı böyük olduğundan anası lap kiçik yaşlarından ona nağıllar oxuyardı. Daha sonra uşaq ensiklopediyalarının növbəsi çatdı.O, təbiətlə , flora və fauna ilə də yaxından maraqlanırdı. Planetlərə isə xüsusi həvəs göstəriridı.
Üç yaşında olarkən bu həssaz qız rəsm və ingilis dili dərnəklərinə yollandı. Müəlliməsi Natavan Hüseynova bu sirli, sehrli aləmə aparan yolun incəliklərini, gözəlliklərini kiçik qəhrəmanımızın qəlbinə köçürə , beyninə aşılaya bildi.Halhazırda Natavan xanımın sevimli tələbələrindən olan Nərmin ona əziz olan bu sahə üzrə bir neçə diploma layiq görülüb.
Nərmin 132-134 saylı Beynəlxalq Təhsil Kompleksinin şagirdidir. 6e sinfində, rus bölməsində təhsil alır. Dərs əlaçısıdır, ən sevdiyi fənlər riyaziyyat , ingilis dili və rus dilidir.Asudə vaxtlarında mütaliəyə üstünlük verən Nərmin heç bir şeyə duyarsız qalmır, heç nəyə səthi yanaşmır. Hər sahədə dərinliklərə baş vurmağa artıq adət edib. Təhsildə qazandığı uğurlara görə müəllimlərinə, valideynlərinə və ələlxüsus da sinif rəhbəri Maya xanıma minnətdardır. Elm yolunda daima irəliləmək, yüksək zirvələri fəth etmək arzusundadır. Vətənini çox sevən bu zərif qəlbli balamız xalqına və valideynlərinə layiqli bir övlad olmaq niyyətindədir.
Biz də bu gözəl arzulara qoşularaq yolun açıq,şansın bol olsun, deyirik!

Комментариев нет:

Отправить комментарий