elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 марта 2017 г.

Mehdiyeva Nuray Şahin qızı

 
Mehdiyeva Nuray Şahin qızı 3 mart 2005-ci ildə Bakı şəhərində anadan olub. Körpəlikdə çox aktiv, dəcəl, həmçinin mehriban uşaq olub. Kiçik yaşlarından hər şeylə maraqlanıb. Təxminən 2 yaşından sonra rəsm çəkməyə başlayıb. 3 yaşı olanda əksər hallarda ingiliscə mahnılar oxumağa maraq göstərib. Valideynlərinin sözlərinə görə hələ məktəbə getməmişdən əvvəl yazmağı və oxumağı bilirdi. 4 yaşında anasının köməyi ilə bunları öyrənib. Sonra da uşaq bağçasındakı müəllimi Şirin xanım ona kömək edib. Dərslərini yaxşı oxuyan Nuray, 83 saylı məktəb-liseyin şagirdidir. Ən sevimli fənləri fizika və tarixdir. Məktəbdə keçirilən tədbirlərdə də iştirak edən Nuray ilk dəfə 20 Yanvar hadisələrinə həsr olunan tədbirdə vətənpərvər mahnı ifa etdiyini xatırlayır. Daha sonra Uşaq Birliyi Təşkilatının tədbirində slayd hazırlayıb və öz istiqaməti üzrə yaşıdları arasında lider seçilib. Novruz bayramı tədbirində də mahnı ilə çıxış edən Nuray 3 mart 2017-ci ildə  - öz doğum günündə Yol hərəkəti qaydalarının təbliği ilə əlaqədar keçirilmiş tədbirdə fəal iştirak etdiyinə görə diplomla təltif olunub. Çəkdiyi rəsmlə tədbirdə iştirak edən müsahibimiz öz rəsmi haqqında məlumat verib və rəsmdə göstərmək istədiyi mövzunu ətraflı izah edib. Qazandığı uğurlara və nailiyyətlərə görə özünü anasına borclu hesab edir. Asudə vaxtlarında tennis oynamağı, mahnı oxumağı və rəsm çəkməyi çox xoşlayır. 
Gələcəkdə hansı sənətin sahibi olmaq istədiyini hələ dəqiqləşdirməyən Nuray bəlkə də yaxın zamanlarda özünü ən çox hansı sahədə tapa biləcəyinə qərar verəcək. Amma onun başlıca hədəfi budur ki, elə bir sahə seçsin ki, o sahə ilə Azərbaycanı başqa ölkələrdə təmsil edə bilsin. 2011-ci ildə bağça yaşında olarkən “Elm və təhsil” qəzetində onun haqqında məlumat dərc edilib.

Комментариев нет:

Отправить комментарий