elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Әhmәd Tahir oğlu Tağıyev

 
Әziz oxuyucularmız, sizi növbəti qəhrəmanımızla tanış etmək istəyirik. Әhmәd Tahir oğlu Tağıyev 2005-ci il sentyabrın 8-dә Bakı şәhәrindә anadan olmuşdur. O, uşaqlıqda çox gülәrüz , insanpərvər, yaşıdları ilә tez dil tapan uşaq olub. Məktəbə qədər yazıb-oxumağı bacarıb. Caz musiqisinə xüsusi sevgi bəsləyib. Nәnәsi ilә vaxtaşırı Caz klubuna musiqi dinləməyə gedib. İdmanın basketbol növünə çox böyük hәvәs göstərən Əhməd halhazırda basketbol komandasında məşğul olur vә yarışlarda iştirak edir. O, gec dil açıb. Buna görә də onu loqoped Kamilla Abdullayevanin yanına müayinəyə aparıblar. Kamilla xanim onunla məşğəlәlәr keçib, eyni zamanda da mәktәbә hazırlayıb. Bunun nəticəsidir ki, Әhmәd mәktәbә qәbul zamanı әn yüksәk bal toplayayıb.
Qəhrəmanımız gec danışmasına baxmayaraq çox savadlı vә yetәnәkli bir uşaqdır. Bu biliklәr ona ata vә anasından keçib. Onlar kimi fәal vә savadlı uşaqdır. Әhmәd dərsləriylə bərabər eyni zamanada musiqi təhsili də alır.
132-134 saylı Tәhsil Kompleksindә tәhsil alan Әhmәd dәrslәrini yaxşı qiymәtlәrlә oxuyur. Ən çox sevdiyi fәnnlәr fizika, riyaziyyat vә musiqidir. Mәktәbdә keçirilәn tәdbirlәrdә fәal iştirak edən Əhməd Novruz şәnliyindә “Kosa” obrazı ilə yadda qalıb. Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü valideynlәrinә borclu hesab edir. O, atası kimi güclü vә cәsur, anası kimi gülәrüz vә insanpərvər olmaq istәyir.
Yüksәk zirvәlәrә ucalacağına inanır. “Gәlәcәkdә kim olacaqsan ?” sualına bu şәkildә cavab verdi: Çox mәhşur basketbolçu olacağam. Altı yaşından basketbolla mәşğul olan oğlunun gələcəyini atası Tahir bəy bir məşqçi kimi görür. Asudә vaxtlarında "Harri Potter" kitabını oxuyan və Müslüm Maqomayevi dinləyən Tahir fortepiano dərsləri də alır. O, fəxrlə deyir ki, çox savadlı travmatoloq olacam vә bununla paralel məşhur basketbolçu kimi də fəaliyyət göstərəcəm.
Biz dә redaksiyamız adından Әhmәd balamıza arzu vә istәklәrinә çatmağı dilәyirik. Yolun hamar, şansın bol olsun, Әhmәd!

Комментариев нет:

Отправить комментарий