elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Hüseynli Xeyrənsə Şahlar qızı

Vətənimizin istedadlı övladlaarından biri də Hüseynli Xeyrənsə Şahlar qızıdır. O, 2007-ci il noyabrın 11-də Nefçala rayonunuda  anadan olmuşdur. Körpəlikdə aktiv, fəal uşaq olub.
Məktəbə gedənə qədər oxuyub-yazmağı bilirdi.İlk təhsilini 20 saylı məktəbdə alan Xeyrənsə, hazırda da həmin məktəbdə təhsilini davam edir. Dərslərində çox məsuliyyətlidir. Bütün fənnlərə maraq göstərir, amma riyaziyyatı daha çox sevir. Anası riyaziyyat müəllimi olduğu üçün.
Əldə etdiyin uğur və naliyyətlərinə görə valdeyinlərinə və müəllimlərinə özünü borclu hesab edir. Xeyrənsə qızımız da,asudə vaxtlarını kitab oxumaqla keçirdir.  Yorğunluğunu isə piano çalmaqla keçirdir.
Gənc qəhramanımızın gələcəklə fikirləri  orta məktəbi yüksək səviyyədə bitirmək,ali məktəbə qəbul olmaq və savadlı həkim olmaq istəyir. 

Azuları, məqsədi böyük olan Xeyrənsəyə biz də uğur azru edir,dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий