elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Nәcәf Arif oğlu Mәmmәdov

Nәcәf Arif oğlu Mәmmәdov 2004-ci il iyulun 9-da Bakı şәhәrindә anadan olmuşdur. O, körpәlikdә çox dәcәl idi. İlk nәvә olduğu üçün hamı onu әzizlәyirdi. Amma dәcәl olsa da hәr şeyә maraq göstәrәn vә çox sual verәn bir uşaq idi. Körpәlikdә şәkilli kitablara, heyvanlar alәminә aid olan məlumatlara-xüsusilə də  dinozavrlara vә birlәşdirilәrәk xüsusi mənzərə əmələ gətirən oyuncaq fiqurlara böyük maraq göstәrirdi.  Nәcәf mәktәbә gedәnә qәdәr yazıb - oxumağı öyrәnmişdir. Azәrbaycan dilindә anası , rus dilindә isә Nina xanım ona dəstək oldu.  Valideynləri hiss edirdi ki, o, yaradıcıdır, onun leqo yığma hәvәsi daha da böyükdür. Ona alınan hәdiyәlәr kitablar vә leqo konstruktorları olardı.
Dörd-beş  yaşlarında şәkil çәkmәyә başlamışdır. Rәng seçmə hissi  gözәl inkişaf etmişdi. Onun әhatәsindә daima qayğıkeş müәllimlәrin olması onun istedadını üzә çıxarmağa kömәk edirdi. Yeddi  yaşında Samirә Talıbova onunla fortepianoda mәşğul olmağa başladı. Nәcәfin musiqiyә olan hәvәs vә bacarığı da beləcə aşkar oldu. Səkkiz-doqquz yaşlarında üzgüçülük, şahmat vә rәsmlә mәşğul olmağa başladı. Nәcәf ilk tәhsilini 267 saylı orta mәktәbdә almış, hazırda isә Fizika - Riyaziyyat vә İnformatika tәmayüllü liseydә davam edir. Dәrslәrini әla qiymәtlәrlә oxuyan Nәcәfin әn çox sevdiyi fәnlәr informatika, riyaziyyat, biologiya, kimya, fizika vә texnologiyadır.
Nəcəf tәdbirlәrdә iştirak etməyi çox sevir. Hәyatının әn uğurlu günü isə 2016-cı ildә Qara Qarayev adına "Tәhlil vә ifa edir gәnc musiqiçilәr” Respublika Elmi İfaçılıq müsabiqәsi olub. Çünki o, burada tәltif olunub. Bu tәdbirdә Qara Qarayev vә digәr tanınmış musiqiçilәrin bәstәlәrini mәharәtlә ifa etmiş vә mütəxəssislәrin rәğbәtini qazanmışdır.Lider TV də verilişlərin birində çox uğurla tanqo ifa etmişdir.
Uğur qazandığı günlәr onun ən unudulmaz günlәridir. Әldә etdiyi naliyyәtlәrinә görә öncә valdeynlәrinә,sonra isә rus dilinə ilk səyahətə çıxdığı  Nina müәllimәyə, ingilis dilini öyrәndiyi Anastasiya İqnatevnaya, musiqi müәllimәsi Samirә Talıbovaya vә Natella Axundovaya minnətdardır. Qəhrəmanımız elm öyrəndiyi bütün müəllimləri sevir və əziz tutur. FRİTL-in müәllimlәri vә xüsusәn informatika müәllimi Valid Mәhәrrәmovu da.  Bu müәllimlәrin onun hәyatındakı rolu әvәzsizdir.  O, informatika texnikası sahәsini çox sevir. Buna görə də bu sahə üzrə  gәlәcәyin dünya şöhrətli  proqramçısı olmaq arzusundadır. Valid Mәhәrrәmov bu fәnni ona elə sevdirib ki, Nəcəf artıq bu sahәdә özünü, gələcəyini görür.
Asudә vaxtlarını səmərəli keçirmәyә çalışır. Әn çox mütaliә ilә mәşğul olur. Qəhrəmanımız insanları çox sevir, onlar haqqında mәlumat toplamaq arzusuna düşmüşdür. Musiqini dә çox sevən qəhrəmanımız Vaqif Mustafazadәnin yaradıcılığını çox xoşlayır. Lütfi Zadəni özünə örnək kimi qəbul edən Nəcəf onun kimi məşhur olmaq, xalqımız üçün yaddaqalacaq uğurlu layihələrə imza atmağı qarşısına məqsəd qoyub. 
Biz də bu istedadlı balamıza bu şərəfli yolda uğurlar arzu edirik. Qoy sənin istedadın inkişaf etsin, ailənin,müəllimlərinin və vətənimizin başını daima uca edəsən!

Комментариев нет:

Отправить комментарий