elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 марта 2017 г.

Mikayılov Ramazan Rasim oğlu

 
 
Mikayılov Ramazan Rasim oğlu 1 fevral 2009-cu ildə Bakı şəhərində anadan olub. Valideynlərinin sözlərinə görə, körpəlikdə hər şeylə maraqlanan uşaq olub. Çoxlu şeir və nağıllar öyrənib, onları ifadəli şəkildə danışmağı xoşlayıb. 4 yaşından fortepianoya maraq göstərib və ifa edib. Oktay Zülfüqarovun “Aysel” mahnı teatrının fəal iştirakçısı olub. Xarici dillərə də marağı böyükdür, həm də tez öyrənmək qabiliyyəti var. Məktəbə getməzdən əvvəl evdə yazmağı və oxumağı öyrənib. Sonralar daha təkmilləşmək üçün “Zum-zum” uşaq inkişaf mərkəzinə üzv olub. Valideynləri onun musiqiyə olan marağının bibisi oğlu Həsənin sayəsində yarandığını bildirdilər. Belə ki, Həsən də musiqi ilə məşğul olub və Ramazan ona baxdıqca həvəslənib. 2015-ci ildən Bakı şəhəri 6 saylı məktəb-liseyin şagirdi olan müsahibimiz hazırda 2k sinfində rus bölməsi üzrə təhsil alır. Bütün fənlərə maraqla və sevə-sevə hazırlaşdığına görə dərslərindən əla qiymətlər alır. İlk uğurunu isə “Zum-zum” uşaq inkişaf mərkəzində, məktəbəqədər hazırlıq qrupları arasında keçirilən “Bilik viktorinası”nda qazanıb. Birinci yerin qalibi olmağa layiq görülən Ramazan, diplomla mükafatlandırılıb. Məktəbdə keçirilən tədbirlərdə iştirakı ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, Əlifba bayramında aparıcı olub və müxtəlif obrazlarda çıxış edib. Çoxlu maraqlı və yaddaqalan günləri olduğunu deyir. Bunların arasında televiziya kanallarındakı çıxışlarını, viktorinada qalib gəldiyi günü və futbol yarışlarındakı iştirakını qeyd edir. Qazandığı uğur və nailiyyətlərə görə doğmalarına və müəllimlərinə minnətdarlığını belə ifadə edir: “İlk növbədə valideynlərimə, nənəm Şəfiqə xanıma, üzərimdə böyük əməyi olan bibilərimə, “Zum-zum”  məktəbəqədər kurslarındakı müəllimlərim Kama xanım, Lala xanım və Marina xanıma, НОРД  uşaq bağçasındakı müəllimlərimə - direktor Tatyana Alekseyevna, Dilarə xanım, Səbinə xanım, Gulya xanıma, Lilya Tixonovnaya, Yana Markovnayaya təşəkkür edirəm. 6 saylı məktəbdəki müəllimlərimə, xüsusilə sinif rəhbərim Xatirə xanıma minnətdarlığımı bildirirəm.”
Hələ 3 yaşı olanda Uşaq Filarmoniyasında bəstəkar  Oktay Zülfüqarovun rəhbərlik etdiyi “Aysel” uşaq mahnı teatrının üzvü olub. Bu müddət ərzində televiziya verilişlərində çıxış edib. Bunlara misal olaraq, “Ovçu”, “Əməyi sevirik biz”, “Bayraq”, “Həkim” və s. göstərmək olar. Həmin vaxtdan musiqiyə marağı yarandığına görə hazırda fortepiano təhsili alır. Fortepianoda ifa etməyi çox xoşlayır. Musiqi fəaliyyətinə görə 23 saylı musiqi məktəbindəki müəllimi Mahirə Osmanovaya minnətdarlıq edir. Fəaliyyəti bununla kifayətlənmir: “Yarat” incəsənət mərkəzində rəsm dərnəyinə yazılan balaca müsahibimiz, əvvəllər Rus Mədəniyyət Mərkəzində rəqslə məşğul olub; 2016-cı ilin dekabr ayında ADA universitetində təşkil edilən “Avropa Yeni ili necə qarşılayır?” adlı rəsm müsabiqəsində iştirak edib; “Vətən” futbol klubunda da futbolla məşğul olur. Müəllimi Samir Əbdülrəhimova da təşəkkür etməyi unutmur. İnformasiya Resurs Kompleksi və Amerika Mərkəzində təşkil olunmuş ingilis dili kurslarına yazılıb.
Gələcək fəaliyyətində hər bir xüsusiyyətinə görə atasına oxşamaq istədiyini deyən Ramazan, təhsilini yüksək nailiyyətlərlə davam etdirməyi, bilik yarışmalarında iştirak etməyi, çoxlu uğurlar qazanmağı  hədəf seçib. Məktəbi uğurla başa vurub, ali məktəbə qəbul olmağı arzulayır. Hələ ki, atası, nənəsi və babası kimi həkim olmaq haqqında düşünür. Həkim ailəsində böyüməsi və atasının öz işinə məsuliyyətlə yanaşması onun da həkim olmaq istəməsinə təsir edib. Qeyd edir ki, əgər gələcəkdə başqa bir peşəyə marağı yaranmasa, onda indiki seçimində israrlı olacağını bildirir. Gələcəklə bağlı əsas planları bir məktəbli kimi, təhsil həyatında daim uğurla addımlamaq, yeni nailiyyətlər əldə edib vətənə layiqli övlad olmaqdır. Ramazan deyir ki, hələ II sinif şagirdi olmasına baxmayaraq, istər məşğul olduğu sahələr üzrə, istərsə də məktəbdə adı və çıxışları ilə xatırlanır. Buna görə də əminliklə deyə bilərik ki, o artıq yadda qalmağı bacarıb. Amma istənilən halda onun gələcəkdə də adını tarixin yaddaşına yaza biləcəyinə inanırıq. Bunun üçün yeniliklər, ixtira və kəşflər edə bilər.
3 yaşı olanda onun Azərbaycan radiosunda “Uşaqdan xəbər alın” verilişində, 2012;2013;2014-cü illərdə Azərbaycan Televiziyasının “Musiqi xəzinəsi” verilişində Oktay Zülfüqarovla görüşlərdə, 2013-cü ildə İctimai kanalda çıxışları olub.
Asudə vaxtlarında bacı-qardaşları ilə oynamağı, onlar üçün oxumağı, gəzməyi, maraqlı filmlərə və verilişlərə baxmağı, rəsm çəkməyi, konstruktorlarla oynamağı xoşlayır.

Balaca müsahibimizə uğurlarının axarlı olmasını arzulayırıq. 

Комментариев нет:

Отправить комментарий