elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Murad Məmmədzadə

Murad Məmmədzadə 2002-cu il martın 16-da Bakıda dünyaya göz açıb .Uşaq vaxtı çox nadinc olduğundan üzü və başı tez-tez çapıqlı olarmış. Buna rəğmən çox ağıllı olub. Beş yaşında indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində olan 145 saylı bağçaya gedərkən bütün müəllimləri onun digər uşaqlardan çox fərqləndiyini, gələcəkdə çox savadlı və tanınmış bir şəxsiyyət olacağını deyirdilər. Murad demək olar ki, bütün yaradıcılıq dərnəklərinə gedib. Müxtəlif vaxtlarda gimnastika, cüdo ilə məşğul olub.T. İsmayılov adına Uşaq və gənclərin yaradıcılıq məktəbində rəqs dərnəyində məşğul olub. Uşaq Filarmoniyasında fortepiano dərsləri alıb. Sonra təhsilini Bakı şəhəri K.Səfərəliyeva adına 16 saylı musiqi məktəbində davam etdirib,fortepiano sinfini fərqlənmə diplomuyla bitirib. Məktəbə gedəndə sərbəst yazıb-oxuya bilirmiş. Hətta ingilis dilində söz ehtiyatı da varıymış. Evdə anasından, baxçada müəllimlərdən öyrəndiyi biliklər məktəbdə onun karına gəlmişdi. Az bir müddət baxçada rus bölməsində tərbiyə alması bu dili də mənimsəməyə kömək göstərmişdi. Bunun nəticəsidir ki, o, təmiz və aksentsiz danışırdı.
Murad 2008-ci ildə Yasamal rayonunda yerləşən 286 saylı məktəbin birinci sinfinə gedib. O, İlk müəlliməsi Şəlalə xanımı bu gün də hörmətlə xatırlayır. Məhz Şəlalə xanımın diqqət və qayğısı, ana nəvazişi ona məktəbi, müəllimlərini, sinif yoldaşlarını sevdirib.Yazıb-oxumağı bilməsi, dərslərdə fəallığı, səliqəsi, yüksək nizam intizamı onu hamıdan fərqləndirib. Muradın xətti, yazısı həmişə başqalarına nümunə göstərilib.Anası hələ də onun birinci sinif dəftərlərini sevə-sevə saxlayır.
Qəhrəmanımız I sinfi əla qiymətlərlə başa vurur. Lakin bəzi səbəblər üzündən o, təhsilini Yasamal rayonunun 31 saylı təhsil ocağında davam etdirməyə başlayır. Bəxti burda da yavər gətirir bu kiçik, ağıllı balanın. Sinif müəllimi illərin təcrübəli pedaqoqu, əsil fədakar müəllimə Mələksə xanımın onun formalaşmasında rolu böyük olur. Onun sayəsində Murad kitablara daha çox bağlanır,elmə həvəsi daha da artır. 31 saylı məktəbdə oxuduğu illərdə Muradın oxuduğu sinif Bakı məktəbləri arasında keçirilən ingilis dili üzrə yarışda 2-ci yeri qazanır. Murad ibtidai sinfi əla qiymətlərlə başa vurub diplomla təltif olunub.
5-ci sinifdən Murad Səbayel rayonu, 132-134 saylı orta məktəbdə təhsil alır. Sinif rəhbəri Gülər Manaflının qayğısı və diqqəti Muradı yeni məktəbdə özünü yad, tək hiss etməyə qoymadı.Mehriban kollektiv, səmimi dostlar, müəllimlərin isti münasibəti ona bu məktəbi tez bir zamanda sevdirdi.
Bu gün Murad məktəbin ən yaxşı şagirdlərindən sayılır. Dərs əlaçısı, nümunəvi şagird və fəal ictimaiyyətçi kimi tanınır. Dərslərində olduğu kimi məktəbin tədbirlərində öncüllərdən biridir. Belə aktiv iştirakına görə bir çox təltifləri, mükafatları var. Ən çox sevdiyi fənlər riyaziyyat,ingilis dili, tarixdir.Kiçik yaşlarında həkim olmaq istəsə də indi qərarınında qətiləşib - polis işçisi olmaq istəyir.
Asudə vaxtlarında bədii ədəbiyyat oxumağı, maraqlı videolar hazırlayıb paylaşmağı xoşlayır. Texnologiyaya marağı böyükdür. Kompüterdə müxtəlif proqramlarda işləməyi bacarır, bu üzdən müxtəlif slaydların hazırlanmasını müəllimlər çox vaxt ona həvalə edirlər.

Bu ağıllı və istedadlı balaya biz də redaksiyamızın bütün heyəti adından uğurlar diləyirik. Qoy səni arzularına aparan yollar daş-kəsəksiz olsun!

Комментариев нет:

Отправить комментарий