elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 марта 2017 г.

Hәsәnli Zülfinigar Namiq qızı

Hәsәnli Zülfinigar Namiq qızı 2006-cı il oktyabrın 3-dә Gәncә şәhәrindә anadan olmuşdur. O, körpәlikdә çox sakit vә mehriban olub. Təxminən üç-dörd yaşlarında Zilfinigarın istedadı üzә çıxdı.Rəsm çəkməyə meylli olması ailə üzvlərini sevndirdi.Onda bu marağın yaranmasının səbəbkarı isə atası Namiq bәy olmuşdur. Mәktәbә gedәnә qәdәr qəhrəmanımız yazıb-oxumağı bilirdi. Bunu ona anası öyrәtmişdir.
Zülfinigar İlk tәhsilini Salyan rayonu Nizami Gәncәvi adına 2 saylı orta mәktәbdә almış, hazırda isә Bakı şәhәri 132-134 saylı Tәhsil Kompleksindә oxuyur. Dәrslәrini әla qiymәtlәrlә oxuyan qızcığazın ən sevimli fәnni riyaziyyatdır. Mәktәbdә keçirlәn tәbdirlәrdә fәal iştirak etməyi sevən qızımız. Yeni il şәnliyindә sevə-sevə rәqs etmiş, Müasir İnnovasiya Liseyi tәrәfindәn 2016-cı il fevralın 12-də tәşәkkürnamə qazanmışdır. Uğurlarının davamı olaraq həmin ilin martıın 16-sı və 27-si tarixlərində adı çəkilən lisey tərəfindən sertifikata layiq görülmüşdür.
Әldә etdiyi uğur vә naliyyәtlәrinә görә özünü atasına borclu hesab edir vә ona oxşamaq istәyir. Qazandığı uğurlarında valideynlərinin və müəllimlərinin əməyi qarşısında baş əydiyini söyləyir bizim zərif qəlbli balamız. Asudә vaxtlarında kitab oxumağı vә rәsm çәkmәyi xoşlayır. Bakalavr təhsil pilləsi ilə kifayətlənmək istəmir zərif qəhrəmanımız. Magistratura və daha sonrakı təhsil sahəsini də tamamlamaq arzusundadır.

Belə xoş arzulu,böyük mәqsәdli Zülfinigara biz dә uğurlar arzu edir, dәrslәrindә müvәffәqiyyәtlәr dilәyirik. Qoy onun kövrək qəlbindəki gözəl niyyətləri uğurla həyata keçsin! 

Комментариев нет:

Отправить комментарий