elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

İlahə Məcid qızı Əhmədzadə

Sizə növbəti qəhrəmanımız İlahə haqda danışmaq istəyirik. Ailənin ikinci övladı olan İlahə körpəlikdə sakit, ağıllı olub. Üç-dörd yaşındaykən istedadı özünü büruzə verib. Qardaşı Muradın bu sahədə ona yardımı şox dəyib. İlahə yazıb-oxumağı çox sevirdi. Ona görə də məktəbə gedənə qədər oxumağı anasından və müəlliməsi Vüsalə xanımdan öyrənmişdi.
İlahə Məcid qızı Əhmədzadə 2008-ci il aprelin 23 də Bakıda dünyaya göz açıb. 1-ci sinifdən 83 saylı liseydə təhsil alan balamız hazırda 3-cü sinif şagirdidir. Dərslərində əlaçıdır. İlahənin ən çox sevdiyi fənlər riyaziyyat və informatikadır. Ən maraqlı günü məktəbə qədəm basdığı ilk gün olub. Əldə etdiyi uğurlarına görə ailəsinə- ata,ana və qardaşına və ilk müəllimi Səbinə xanıma minnətdardır.Gələcəkdə sinif rəhbərinə oxşamaq,onun kimi körpə fidanlara elm öyrətmək istəyir. Öz dövrünün zəka sahibi olmaq niyyətindədir. Hətta professor adını belə qazanmağı hədəflədiyini bizə söyləməkdən məmnun qaldı. Müəllim olmağı arzulayan gənc qəhrəmanımız İlahə bu həvəsə məktəbə getdiyi gündən düşüb. Bu marağı onda sevimli müəlliməsi Səbinə xanım oyadıb. Hətta asudə zamanlarda belə müəllim oyunu onun ən sevimli məşğuliyyətidir. Bununla yanaşı mütaliə etməyi və rəsm çəkməyi çox sevir.
Ali təhsil alıb vətəninə layiqli,savadlı bir müəllimə kimi xidmət etmək arzusunun çin olmasını diləyirik. Bizə də sənə uğurlar arzu etmək qalır. Tanrı bu müqəddəs yolda sənə kömək olsun,İlahə!

Комментариев нет:

Отправить комментарий