elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 марта 2017 г.

Murad Xәqani oğlu Allahverdiyev

Azərbaycanımız istedadlar diyarıdır. Belə nümunəvi uşaqlardan biri də Murad Xәqani oğlu Allahverdiyevdir. O, 2005-ci il fevralın 11 dә Bakı şәhәrindә dünyaya göz açmışdır. Murad körpәykən çox dәcәl,ancaq ağıllı uşaq olub. Cizgi filmlәrinә baxmağı vә oyuncaqları ilә oynamağı çox sevib. Artıq üç yaşında olarkən ailə üzvləri onun istedadlı olmasını hiss ediblər. Mәktәbә gedәnә qәdәr anası və nənəsi Murada yazıb-oxumağı öyrәdib.
1-ci sinifdәn 132-134 saylı " Beynəlxalq Tәhsil Kompleksindә" tәhsil alan Murad hazırda hәmin tədris ocağının 4a sinfindә oxuyur. Dәrslәrinə ciddi yanaşan Muradın әn çox sevdiyi fәnn riyaziyyatdır. Mәktəbdә keçirlәn tәdbirlәrdә fəal iştirak etməyi xoşlayır. Belə ki sәhnәciklәrdә oynamış vә milli rәqs etmişdir.” Zәfәr” və” Hәdәf “kurslarında tez-tez sınaq imtahanlarına qatılır vә sonuncu dәfә 430 bal toplayaraq "Tәrifnamә " ilә tәltif olunmuşdur. Әldә etdiyi uğur vә nailiyyәtlәrinә görә valideynlәrinә vә müәllimlәrinә özünü borclu hesab edir. Ələlxüsüs da sinif rәhbәri Südabә müәllimәyә minnәtdarlığını bildirir.
Asudә vaxtlarında futbol oynamağı, internetdә maraqlı hadisәlәrә baxmağı vә mütaliəni xoşlayır.
Gәlәcәklә bağlı planları haqda soruşarkən dedi ki, təhsilini әla qiymәtlәrlә başa vuraraq ali mәktәbә daxil olmağı qarşısına məqsəd qoyub. Qəhrəmanımız anasına oxşamaq istәyir.Onun kimi savadlı hәkim olub vәtәninә xidmәt etmәk istәyir.

Biz də gәlәcәyin hәkiminә uğurlar arzu edirik.Yolun açıq olsun, Murad!

Комментариев нет:

Отправить комментарий