elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Abdullayev İlqar Sahib oğlu

İlqarın adını öz adına uyğun olaraq böyük qardaşı Qoşqar qoymuşdur. Körpəlikdə İlqar çox dərrakəli, ağıllı, sözəbaxan uşaq olmuşdur. Musiqiyə, incəsənətə marağı böyük idi. İlqar 2 yaşında Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını əzbərdən oxuyurdu.
Məktəbə gedənə qədər bağça müəllimləri və valideynlərinin sayəsində yazıb-oxumağı öyrənmişdi. İlqar uşaqlıqdan canlı təbiəti və heyvanları çox sevirdi. Uşaq bağçasında hamıdan xəbərsiz öz yeməyini bağçanın həyətindəki pişiklərə verərmiş. Kənddə nənəsindən, babasından aldığı pulla yiyəsiz itlərə, pişklərə yemək alıb verərmiş.
İlqar Sahib oğlu Abdullayev 28 fevral 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə “Zəkalar” liseyinin I sinfinə daxil olub. 2004- cu ildə isə IV sinfində Heydər Əliyev adına liseyin təhsil almağa başlayıb. 2009-cu ildən 171 saylı orta məktəbdə təhsilini davam etdirir.
İlqar orta məktəbdə dərslərini yaxşı oxuyur. Ən sevimli fənləri coğrafiya, Azərbaycan dili və tarixdir. Məktəblər üzrə coğrafiya olimpiadasında I yer tutub.
İctimai işlərdə də fəallıq göstərir. Xocalı faciəsi tədbirdə iştirak edib. Gələcəkdə hüquqşunas olmaq istəyir. İnsanların hüquqlarını qorumaq üçün. İdmanın boks növü ilə məşğul olur.
Arzusu ali təhsil alıb cəmiyyət üçün faydalı bir insan olmaqdır. Bunun üçün il növbədə orta məktəbi əla qiymətlərlə bitirmək niyyətindədir. 

Комментариев нет:

Отправить комментарий