elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

DÜNYA ŞÖHRƏTİ QAZANMAQ İSTƏYİR (Rəhilə Əlizamin qızı Məmmədova)


Rəhilə Əlizamin qızı Məmmədova 1996-cı il yanvarın 12-də Bakı şəhərində dünyaya göz açıb. Anası Nəzakət xanım söyləyir ki, Rəhilə körpəlikdə çox sakit, şirin, toppuş uşaq olub. 3-4 yaşından şəkillər şəkər, çəkdiyi şəkilləri atasına göstərər, bu məşğuliyyətdən böyük zövq alardı.
Rəhilə məktəbə gedənə kimi yazıb-oxumağı 16 saylı uşaq bağçasındakı tərbiyəçidən və anasından öyrənib.
Hazırda Nəsimi rayonundakı 14 saylı orta məktəbin şagirdi olan Rəhilənin sevimli fənləri rəsm və coğrafiyadır. O, məktəbdə keçirilən bütün tədbirlərdə müntəzəm iştirak edir, şeirlər söyləyir və rəqs nömrələri ilə çıxış edir. Novruz bayramında “Bahar qız” olub.
Asudə vaxtlarını səmərəli keçirən Rəhilə təmiz havada gəzməyi, əsasən təbiət qoynunda dincəlməyi, televizorda intellektual verilişləri izləməyi, bilgisayarda müxtəlif oyunlar oynamağı xoşlayır.
Hər bir insanın həyatında əlamətdar və yaddaqalan günlər olur. Rəsmlərinin “Savalan” qəzetində çap olunduğu günü Rəhilə ən yaddaqalan və əlamətdar hadisə kimi dəyərləndirir.
Rəhilənin ən böyük arzusu gələcəkdə anasının yolunu davam etdirmək, onun kimi həkim olmaqdır. Təbii ki, sevimli məşğuliyyətini, rəsm çəkməyi kənara qoymamaq şərtilə.
İbtidai sinif müəllimi Esmira Sabirqızı istedadlı və tərbiyəli övlad böyütdükləri üçün Rəhilənin valideynlərinə minnətdar olduğunu gizlətmir və gələcək həyat yollarında ona uğurlar, müvəffəqiyyətlər diləyir.
Rəhilə xoşbəxtliyi valideynlərinin əhatəsində olmaqda, sağlam həyat sürməkdə və rəsm sahəsində daha böyük nailiyyətlər əldə etməkdə, dünya şöhrəti qazanmaqda görür.
Tarixin yaddaşında Azərbaycanın ən tanınmış, istedadlı gənclərindən biri kimi qalmağı arzulayan Rəhilə vətəninin adını başqa ölkələrdə, bütün dünyada yüksəldib vətəninə layiqli övlad olmağı arzulayır.

Комментариев нет:

Отправить комментарий