elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Cəfərova Aytən Ürfan qızı

 
Aytənin adını babası Sabir kişi qoyub. Ay ilə gözəlliyi tən yarı böldüyü üçün. Ümumiyyətlə, bu adı ailədə hamı xoşlayır.
Aytən körpəlikdə sakit və ağıllı uşaq olub. Müxtəlif uşaq şəkilləri çəkməyi və şeir söyləməyi xoşlayırdı. İki yaşından çoxlu şeir bilirdi. Rəqsi xoşlayırdı. Musiqi eşidən kimi rəqs edirdi.
Məktəbə gedənə qədər anası Gülnarə xanımın sayəsində müəyyən qədər oxumağı və yazmağı öyrənmişdi.
Aytən Ürfan qızı Cəfərova 17 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. 2003-cü ildə 11 saylı məktəbə daxil olub. Hazırda təhsilini orada davam etdirir.
Aytən dərs əlaçısıdır. Riyaziyyat və ingilis dili fənlərinə xüsusi maraq göstərir.
Tarixi hadisələrlə bağlı məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edir. Hələ II sinifdə oxuyarkən məktəbdə bilik yarışmasında I yerə çıxıb. Aytən ictimai işlərdə də fəaldır. Karnavallarda, Latın Amerikasının bal rəqsləri ilə bağlı keçirilən müsabiqədə və məktəb uşaq xorunda çıxış etməsi onunçün ən uğurlu günlərdir.
İbtidai siniflərdə fəxri fərmanlar, futbol yarışlarında diplomlarla təltif olunub.
Bütün sahələrdə qazandığım uğurlara görə məktəb müəllimlərinə, həyatda isə anasına borclu olduğunu söyləyir.
Aytən gələcəkdə vəkil olmaq istəyir. Asudə vaxtlarında şəkil çəkməyi, internetdə çalışmağı çox sevir.
Dekorativ-tətbiqi sənət nümunələri düzəltmək, xüsusilə muncuqla qolbaq hazırlamaq sevimli məşğuliyyətindəndir. 

Комментариев нет:

Отправить комментарий