elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Əlizadə Vaqif Vüqar oğlu


Vaqif ana babasının adını daşıyır. Qəribədir ki, onun adını ata nənəsi qoyub. Azərbaycan ailələrində uşaqlara adətən ata tərəfdən qohum olan insanların adları verilir. Bu misalda isə nənə Vaqif babanın gözəl insan olmasını nəzərə alıb oğlan nəvəsinə verib. Təqdirəlayiq haldır.
Nəvə Vaqif da babanın adını doğrulda-doğrulda boya-başa çatır. Vaqif çox ağıllı, diqqətcil uşaqdır. Kiçik yaşlarından musiqiyə həvəs göstərməyə başlayıb. Təəccüblü görünsə də o 1 yaşından musiqiyə diqqətlə qulaq kəsilirdi. Sanki uşaq ruhu ilə musiqini duyurdu. Hətta bir gün - ana musiqiyə qulaq as sanki şəlalə tökülür - deməklə anasını heyrətə gətirmişdi. Hər halda azyaşlı uşağın musiqini şəlalə səsinə oxşadacaq səviyyədə duyması doğrudan da çox təəccüblüdü. Musiqidən əlavə hər gün xəbərlərə baxmağı və sonra müzakirə etməyi xoşlayırdı.
Vaqif  Vüqar oğlu Əlizadə 2000-ci sentyabrın 5-də Bakı şəhərində dünyaya göz açıb. Dərslərini həmişə yaxşı oxumağa çalışır. Azərbaycan dili və fənlərarası təlim ən sevimli fənlərimdir. Endiflər klubunun üzvü olaraq konfrasda iştirak edib. Konfransda hər hansı bir mövzuyla bağlı məruzə etməliydi. Vaqifin hazırladığı məruzə hamının diqqətini cəlb etdi. Klubdakı fəaliyyətinə görə Vaqif diplomla təltif olunub.
İlk önəmli uğurunu 2007-ci ildə Bakı Avropa liseyinə daxil olmaqla əldə edən Vaqif “XXI əsr məktəbi”ndə keçirilən məntiq üzrə yarışmada fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif olunub. Təhsil sahəsində uğur qazanmasında özünü valideynlərinə borclu hesab edir Vaqif.
Vaqif 2011-ci ildən atası kimi hüquqşünas olmaq qərarına gəlib. Amma prezident olmaq ən böyük arzusudur.
Asudə vaxtlarında futbol oynamağı, bədii əsərlər oxumağı sevir.

Комментариев нет:

Отправить комментарий