elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 августа 2012 г.

Miriyeva Ülviyyə Arzu qızı

Ülviyyə ali, yüksək, uca mənasını verir. Qəhrəmanımız da bu adı daşıyır. O, uşaqlıqdan sakit, sözəbaxan, ağıllı olub. Əvvəlcə bədii gimnastika, sonra rəqs ilə məşğul olub. Şəkil çəkmək də ən sevimli məşğuliyyətlərindən biri idi. Artıq 4 yaşından oxuyub-yazırdı. Birinci sinfə gedəndə paralel sinfin müəllimi Ülviyyəni çox xoşladığından dərs ilinin ilk günləri onu öz sinfində otuzdurdu.
Ülviyyə Arzu qızı Miriyeva 1988-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri Yasamal rayonu İ. İbrahimov adına orta məktəbin I sinfinə daxil olub. 2005-ci ildə həmin məktəbi bitirib və Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiya fakültəsinə daxil olub. İxtisas seçimi zamanı neft qaz alternativ enerji texnologiyası ixtisasını seçib. 2009-cu ildə bakalavr pilləsi üzrə ali təhsilini başa vurub. Elə həmin ildə Azərbaycan Dövlət Neft Akademyasının texnologiya fakültəsinin magistratura pilləsinə neft-qaz emalı ixtisası üzrə daxil olub. Hazırda magistratura pilləsinin tələbəsidir. H. Əliyev adına Neft Emalı Zavodunun təqaüdünə layiq görülüb. İndiyə kimi bu təqaüdü alır.
Bundan başqa ödənişsiz oxuduğundan akademiyadan əlaçı təqaüdü alır.
Anası kimyaçı olduğundan onun da kimyaya həmişə marağı olub. Məktəbdə kimya fənni keçməyə başladığı vaxtdan sinifdə fərqlənib.
Məktəbdə əla qiymətlərlə oxuyub. Kimya, riyaziyyat, fizika fənlərini sevirdi. Bu fənlər üzrə olimpiadanın şəhər turunda II olub. Ali məktəbdə də əla oxuyub. Üzvi kimya fənnini çox sevir.
Həyatının hər gününü maraqlı yaşamağa çalışır. Uğur isə onu təqib edir desə, yanılmaz.
İxtisasına yiyələnməkdə müəllimlərinə, valideynlərinə borcludur.
İxtisasını neft və qaz emalı olduğuna görə Azərbaycanın ilk neftçi alimi və kimya elimlər doktoru Mövsüm bəy Xanlarovu böyük mütəxəssis hesab edir. Bakıda neft sənayesi işçiləri üçün təlim məktəbinin açılması və neft zavodlarında labaratoriyaların yaradılması onun adı ilə bağlıdır.
Ali məktəbə qəbul olduğunu ilk olaraq əmisi internet vastəsilə öyrənərək ona xəbər vermişdi. O, gün ən xoş günlərindən biridir. Təhsilini başa vurduqdan sonra neft şirkətlərinin birində və ya akademyada işləmək istəyir. Elmin pillələrində akademik zirvəsinə qədər ucalmağı niyyətləyir.
Asudə vaxtlarında musiqi dinləyir, kitab oxuyur. 

Комментариев нет:

Отправить комментарий