elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 августа 2012 г.

Abdullayev Qoşqar Sahib oğlu


Qoşqarın adını nənəsi Məsumə xanım qoymuşdur. Qoşqar dağı qədər uca olmasını diləyərək. Boya-başa çatdıqca ətrafdakılarda Məsumə nənənin ona qoyduğu adı doğruldacağına əminlik yaradırdı, bu uşaq.  O körpəlikdən ağıllı, sözəbaxan uşaq olub. Sakit təbiətli, böyüklərə hörmət etməyi bacaran, milli musiqiləri sevən biri idi. Qoşqar 3 yaşında “Hər birimiz bir çiçək” verilişinin daimi iştirakçısı olub. 4 yaşında Novruz bayramı ilə əlaqədar veriliş hazırlayarkən Qoşqar mövzuya aid şeir deməli idi. Lakin axrıncı çəkilişdə o tamam başqa bir şeir demişdir. “Mən əsgər olacağam”.
Mən əsgər olacağam,
Vətənimi qoruyacağam.
Ona göz dikənlərin,
Gözlərini oyacağam.
Məktəbə gedənə qədər oxumağı-yazmağı bacarırdı. Uşaq bağçasının müəllimi Nazilə xanımdan və Məsumə nənədən xeyli şeir öyrənmişdi.
Qoşqar mənim dağımsan,
Ağ eyvan otağımsan.
Gül- ülbüllü bağımsan,
Göz işığım, ürək karımsan.
Qoşqar vətənpərvər uşaqdır. Uşaqlıqdan qoçaq, vurub-tutan olmaq istəyib. Hələ 3 yaşında ikən Koroğlu filminə baxandan sonra - mən Koroğlu olacam - deyirdi.
Qoşqarın inkişafında, uğurlar əldə etməsində sinif rəhbəri Surxay müəllimin zəhmətini xüsusi qeyd etmək lazımdır.
Qoşqar Sahib oğlu Abdullayev 16 may 1989-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə “Zəkalar” liseyinin I sinfinə daxil olub. 2004-cu ildə Heydər Əliyev adına liseyin X sinfində təhsilini davam etdirməyə başlayıb. 2006-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirərək yüksək balla Azərbaycan Dövlət İqtisad Unversitetin mühasibat uçotu və audit fakultəsinə qəbul olub. 2007-ci ildə fakultənin Tələbə Elmi Cəmiyyətinin sədri seçilib, fakultə elmi şurasının üzvü olub. Eyni zamanda idmanın karate və boks növləri ilə məşğul olub.
Qoşqar: “ Sənət seçimimdə valideynlərimin, şəxsən atamın böyük məsləhəti olub. Bu ixtisası seçdiyim üçün çox şadam və atam minnətdaram. Fəxrlə deyə bilərəm ki, uçot elmi bütün elmlərin şahıdır.
Orta məktəbdə yaxşı oxumuşam. Səmimi etiraf etməliyəm ki, öz gücümdən çox az istifadə etmişəm. Corafiya, tarix, riaziyyat fənlərini daha çox sevmişəm.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Bütün qiymətlərim əla olub. İqtisadi nəzəriyyə və ixtisasımla bağlı bütün fənlər sevimli fənlərim olub. Beynəlxalq elmi konfransın iştirakçısı olmuşam. Bir çox diplom və tərifnamələrim var.
İxtisasım üzrə iz qoyacaq bir mütəxəssis olmağı hədəfləmişəm. Təkcə məni sevənlərin, məni tanıyanların deyil, xalqın yaddaşında bir iz qoyacaq mütəxəssis. Fikrimcə əlçatmayan zirvə yoxdur. Sadəcə olaraq özünə bir zirvə seçmək və zirvəyə çatmağı qarşına məqsəd qoymaq lazımdır.
Asudə vaxtlarımda idmanla məşğul olmağı sevirəm. İdman mənim ən böyük məşğuliyyətimdir”.

Комментариев нет:

Отправить комментарий