elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 августа 2012 г.

Əliyeva Hüsniyyə Qabil qızı


Hüsniyyənin adı “Qurani Kərim”dən götürülüb. O, körpəlikdə aktiv, maraqlı uşaq olub. Əsas məşğuliyyətləri şəkil çəkmək və rəqs etmək idi. Lap körpəlikdən yaşına uyğun olmayan musiqi duyumu olduğu olunurdu.
Hüsniyyə Qabil qızı Əliyeva 19 avqust 2001-ci il Bakı şəhərində anadan olub. III sinfə qədər 17 saylı orta məktəbdə təhsil alan Hüsniyyə hazırda 261 saylı orta məktəbin VII sinif şagirdidir.
Təhsildən əlavə şəkil çəkməyə marağı var. Süleyman Ələsgərov adına 1 saylı Uşaq Musiqi Məktəbinin III sinfində oxuyur. Muğam və fortepiano dərsləri alır.
Onun fikrincə ən yaddaqalan günləri orta məktəbə və musiqi məktəbinə getdiyi günlər olub. Dəfələrlə ATV telekanalında uşaq moda verilişində çıxış edib. Xoşbəxtliyi sağlam olmaqda, tamaşaçı kütləsinin rəğbətini qazanmaqda görür. İlk uğurunu hələ 4 yaşında Aybəniz Haşımovanın təqdimatında “Çıraq” verilişində əldə edib Hüsniyyə.
Ən böyük arzusu orta və musiqi məktəbini əla qiymətlərlə bitirib musiqi üzrə ali təhsil almaqdır. Konservatoriyanı bitirib peşəkar musiqi ilə məşğul olmaq istəyir. 

Комментариев нет:

Отправить комментарий