elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 августа 2012 г.

Bezlepkina Veronika Yuri qızı

Veronika bütün fənləri eyni səviyyədə asanlıqla mənimsəyir. Fizika, cəbr, həndəsə kimi dəqiq fənləri daha çox sevir. Çətin tapşırıqları yerinə yetirməyə daha çox can atır.
Eyni zamanda dünya, insanlar, hiss və münasibətlər barədə biliklər əldə etdiyi tarix, biologiya və ədəbiyyat fənlərini də sevir.
Veronika Yuri qızı Bezlepkina 13 sentyabr 1996-cı ildə Bakı şəhərində dünyaya gəlib. Hazırda T.İsmayılov adına “İntellekt” liseyinin şagirdidir. Ən çox sevdiyi dərs informatikadır. Veronika məktəbin ictimai həyatında da fəal iştirak edir. “Əlifba” bayramında, 8 mart Beynəlxalq Qadınlar günündə, ibtidai sinifi bitirməklə bağlı tədbirdə rəqs etmək, şeir söyləmək və səhnəciklərdə rol ifa etmək kimi bacarıqlarını nümayiş etdirib. İnformatika ilə bağlı, ŞHK-nın hazırladığı tədbir bu günə qədər yadımdan çıxmayıb. Orada Veronika Prinsessa Disketa rolunu ifa edib. Bundan əlavə siniflərinin fəxri yer tutduğu müsabiqələrin daimi iştirakçısıdır.
Əldə etdiklərində valideyinlərinin mühüm rolu olduğunu deyir qəhrəmanımız . Valideyinləri onu bilgisayar təmir etməklə yanaşı, istifadə qaydaları öyrədib, internetə çıxış şəraiti yaradıb.
Veronika məhşur milyader Bill Qeytsin uğurlarından ruhlandığını deyir. Gələcəkdə hansı peşəyə yiyələnəcəyini tam müəyyənləşdirməsə də hər halda bilgisayar texnologiyası ilə bağlı olacağını əminliklə deyir.  
Qəhrəmanımız asudə vaxtını kitab oxumaqla,yaradıcılıqla məşğul olmaqla, bilgisayarda işləməklə keçirir. Bilgisayarda məntiqlə bağlı olan oyunları çox sevir. Rəsm çəkməyə, hərdənbir yaşına uyğun şeirirlər yazmağa da vaxt ayırır.
Veronika gələcəkdə tək özü və ailəsi üçün deyil, vətəni üçün də dəyərli vətəndaş kimi yetişmək arzusundadır. Onun istədiyinə nail olacağını əminliklə söyləmək olar. Çünki o, bu yaşında belə başqalarına nümunə olacaq biridir. Məktəblərində “İlin şagirdi” seçilib. Veronika bu gün məktəbi bitirib ali təhsil almaq, öz biznesini qurub xeriyyəçiliklə məşğul olmaq arzusuyla alışıb yanır. Öz fəaliyyəti ilə tarixdə, insanların qəlbində iz qoymaq niyyətində olan bu gənc qıza hamılıqla uğurlar diləyək.

Комментариев нет:

Отправить комментарий