elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2012 г.

Hüseynov Ruzi Əkrəm оğlu



Ruzi Əkrəm oğlu Hüseynov körpəlikdən sakit və bacarıqlı bir uşaq olmuşdur. Daha çox rəsm çəkməyi sevirdi.
Beş yaşından etibarən yazıb-oxumağı bilirdi və böyük qardaşı tərəfindən öyrənmişdi.
Ruzi qəbul imtahanında yüksək nəticə göstərdiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən təbrik edilmişdir. Həmin tədbirdə biz valideynlər də iştirak etdik və oğlumuzu orada təbrik olunarkən görmək bizi çox qürurlandırdı, bu da bizim heç vaxt unutmatacağımız bir hadisə olmuşdur.
Ruzi 4 aprel 1990-cı ildə Naxçıvan MR Culfa rayonunun Saltaq kəndində anadan olub. 1996/1997-ci dərs ilində Saltaq kənd orta məktibində I sinifə gedib. 2006/2007-ci dərs ilində isə həmin məktəbin XI sinfini bitirib və həmin il Naxçıvan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşam. Hazırda həmin fakültənin IV kursunda oxuyur.
İxtisasıma maraq VII sinifdən oyanıb. Mən dövlətimə və xalqıma faydalı bir şəxs olmaq istəyirəm və bilavasitə insanlarla işləməyi xoşlayıram. Həkimlik ixtisasını da bu səbəbdən seçmişəm.
Orta məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Bütün dərsləri sevirdim və hamısında iştirak edirdim, ancaq daha çox xoşladığım fənlər Azərbaycan dili, biologiya və kimya olub. Respublika üzrə inşa müsabiqəsində “Sülh və münaqişə” adlı inşamla I yerə layiq görülmüşəm, diplom və tərifnamələr almışam. Həmin vaxt məni Təhsil Nazirliyinə çağırmışdılar və orada Misir Mərdanov mənim əlimi sıxmışdı. Bundan əlavə Muxtar Respublikada keçirilən biologiya fənni üzrə olimpiadalarda dəfələrlə iştirak etmişəm və burada da I, II yerlərə layiq görülmüşəm.  Məktəblərarası voleybol yarışlarında takım kapitanı olmuşam. Məktəbimizin “Şahin” və “Cəsurlar” adlı hərbi komandalarının üzvü olmuşam və bütün yarışlarında iştirak edtmişəm.
Ali məktəbdə də dərslərimi yaxşı oxuyuram və universitetdaxili elmi yarışlarda komanda daxilində iştirak edirəm, fakultə Tələbə Həmkarlarının Təşkilatının sədriyəm. Universitetdaxili futbol yarışlarında fakultə takımımızın kapitanı olmuşam.
Həyatımda ən uğurlu, həyəcanlı və yaddaqalan gün üniversitetə qəbul olduğum xəbərini öyrəndiyim gündür. Qəbul imtahanında göstərdiyim nəticələrə görə ailəmə və müəllimlərimə minnətdaram. Arzum ali məktəbi bitirdikdən sonra vətənimin ən çox həkimə ehtiyacı olan bölgələrinə təyin olunmaq və orada insanlara kömək etməkdir.
Yuxarıdakı cavablarımda da qeyd etdiyim kimi bütün arzum, istəyim vətənimdə və bir çox xarici ölkələrdə tanınmış həkim olmaq. Ancaq ən böyük arzum hansı bölgədə olmağımdan asılı olmayaraq oranın insanlarına bir az da olsa kömək edə bilməkdir.
Boş vaxtlarımda idmanla məşğul olmağı, rəsm çəkməyi və xarici dil öyrənməyi xoşlayıram.

e-mail: doktor_ruzi@mail. ru

Комментариев нет:

Отправить комментарий