elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2012 г.

Ona dəstək olan hər kəsə minnətdardır. (İbrahimova Şəms Cəbi qızı)


Körpəlikdə çox sakit, səliqəli sözəbaxan və iti hafizəli olması ilə seçilib. Gördüklərini dərhal deməyi və piano çalmağı çox sevərdi.
Məktəbə gedənə qədər anası ona yazıb-oxumağı öyrədib. Şəms Cəbi qızı İbrahimova 28 sentyabr 1988-ci ildə Salyanda anadan olmuşdur. Elə orada əvvəllər 27 saylı dəmir yol, sonralar isə 8 saylı orta məktəbin XI sinfini əla qiymətlərlə başa vurub. 2005-ci ildə N. Tusi adına APDU-nun filologiya fakültəsinin ingilis dili bölməsinə yüksək balla qəbul olub. II kursda 10 bal sistemi ilə oxuduğu üçün C. Cabbarlı təqaüdünə layiq görülüb və bu təqaüdü 2009-cu ilə qədər, yəni universteti bitirənə qədər alıb. Qırmızı diplomla universteti bitirib, həmin ildə MBA proqramı ilə Azərbaycan Universtetinin biznesin idarə olunması və mühəndislik fakültəsinin Bank menecmenti, ixtisası üzrə magistr pilləsinə qəbul olub.
Universtetin IV kursunda oxuyarkən bu sahəyə onda maraq oyandı. Onun ixtisası İngilis dili olduğundan təhsil almağın onun üçün asan olacağını (çünki dərslər sırf ingilis dilində keçirilir) və həm də onda riyaziyyat və hesablamalara güclü maraq yarandığını hiss etdi.
Orta mətəbdə dərslərini əla qiymətlərlə oxuyub. Olimpiadalarda iştirak edib. Biologiya fənni üzrə olimpiadanın qalibi olub. Tibb elminə qarşı güclü həvəsi olub. VIII sinfi bitirdikdən sonra Bakıda Kimya-biologiya Təmaüllü Respublika liseyinə qəbul olub. Amma bəzi səbəblərdən yenidən öz məktəblərinə qayıdıb və təhsilini orada başa vurub. Elə ingilis dilinə marağı müəllimi olan anası yaradıb.
Ali məktəbdə əla qiymətlərlə oxuyub. Bilik yarışmasında iştirak edib. Rektor Y. Məmmədov tərəfindən pul və fəxri fərmanlarla təltif olunub. Qrup nümayəndəsi olub. Universitet həmkarlar təşkilatının üzvü olub.
Həyatında ən maraqlı gün ali məktəbə daxil olduğu və magistr adını qazandığı gündür.
Sevdiyi ixtisasa yiyələnməkdə özünü anasına borclu bilir. Bu sənəti sevməyində və seçməyində müəllimi, həm də anası olan dəyərli varlıq böyük rol oynayıb.
Məşğul olduğu iş üzrə həm anasına, həm də atasına oxşamaq istərdi. Atası güclü iqtisadçıdır. Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə birinci növbədə valideyinlərinə və müəllimlərinə, eləcə də ona dəstək olan bütün şəxslərə minnətdardır. Yuxarıda qeyd etdiyimiz kimi onda gördüyü işə inam böyükdür. İnanaraq hər zaman qalib gəlib. Magistraturanı bitirdikdən sonra dövlətimizin iqtisadi sahələrinin birində çalışmaq istərdi.
O, hələ gənc və subaydır. Gələcəkdə hansı pilləyə qalxacağı Ulu Tanrının yazdığı qismətdən və onun çəkdiyi zəhmətdən asılıdır - deyir.
Asudə vaxtlarını musiqi və kompyüterlə məşğul olmaqla keçirir.
e-mail: shamsibrahimova@yahoo.com

Комментариев нет:

Отправить комментарий