elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 августа 2012 г.

Dəmirov İlyas İsmayıl oğlu

Qəhrəmanımızın adı İlyas babasının adı olduğu üçün nənəsi tərəfindən verilib. İlyas körpəlikdə xasiyyətcə sakit təbiətli uşaq olmuş, özünəməxsus hərəkətləri ilə secilmişdir. İlyas kiçik yaşlarında ən çox oyuncaqlara, kiçik maşınlara, təyyarələrə maraq göstərib. Tez-tez televizor seyr etməyi sevirdi. İlyas kiçik yaşlarından yazib-oxumağa çox böyük maraq göstərib. İlyasda təhsilə maraq I sinifə qədəm atdığı vaxtlardan yaranıb.
İlyas İsmayəl oğlu Dəmirov 1995-ci il iyunun 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhəri 5 saylı orta məktəbdə alıb. Hazırda Bakı şəhəri Fizika-riyaziyyat-informatika təmayüllü liseydə təhsil alır. Dərsdən əlavə güləşlə məşğul olur.
İlyas dərslərini əla oxuyur və bütün fənləri sevir, çünki gələcək həyatda formalaşmağımda bütün fənlərin böyük rolu olduğunu dərk edir.
Məktəbdə kecirilən Xocalı faciəsinə həsr olunmuş tədbirdə fəal iştirak edib. İlyasa böyük etimad göstərilərək həmin tədbirin aparıcılığı tapşırılmışdı. İlyas deyir: “ - Güclü nitq qabiliyiyətinin formalaşmasında valideynlərimə və məktəbin müəllim kollektivinə borcluyam. Gələcəkdə hansı sənəti seçməyim haqqında bir o qədər də fikirləşməmişəm. Əsas fikirləşdiyim bütün fənləri yaxşı bilmək və qəbul imtahanlarını uğurla verməkdir. Ondan sonra mən istədiyim sənət haqqında ciddi fikirləşəcəm.
Asudə vaxtlarımda bədii kitablar oxumağı və kompyüterdən maraqlı məlumatlar toplamağı sevirəm. Xoşbəxtliyimi istedadımı inkişaf etdirib pik nöqtəsinə çatmaqda görürəm. Gələcək planlarım əsasən ali məktəbə qəbul olmaq və cəmiyyətdə özüməməxsus yer tutmaqdan ibarətdir”.
e-mail:ilyas-d@mail.ru

Комментариев нет:

Отправить комментарий