elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 августа 2015 г.

İsmayılova Aidə Zahid qızı

MƏN AZƏRBAYCANLIYAM!
Aidə körpəlikdən çox sakit və ağıllı qızdır. Öz yaşıdlarından daim fərqli: təmkinli, təvazökar və məntiqli olub. Körpəlikdə hər bir uşaq oyuncaqla oynamağı xoşladığı halda Aidə rəngli şəkilləri olan kitabları vərəqləməyi və rəsm çəkməyi sevirdi. Hal-hazırdada rəsmi çəkəndən sonra çəkdiyi hər bir obraza canlı rəng bəxş etməyi  sevir. Musiqi ilə arası çox yaxşıdır. Əsasən də boş vaxtlarında mahnılara qulaq asır və şeirlər yazır. İlk şeri “Karandaş” adlanır:
Əhməd karandaşları,
Çıxartdı öz qabından.
Dedi: -Hanı yaşıl rəng?
Qırmızı rəng, mavi rəng?
Niyə itib bu rənglər?
Anası başın buladı,
Dedi: -Toplan uladı,
Karandaşı atdım ona,
Getdi bağa oynamağa.
Ata dedi: Ay bala,
Abtobusda gedirdilər,
Dedimki, hara belə,
Dedilər, Əhməd göndərib.
Dedim qaçıb getməyin, 
Əhmədi incitməyin.
İncik karandaşlar dedilər:
Ağıllı olsa Əhməd,
Əşyasını saxlayar,
O yana-bu yana atmayar.
 Şeirlərlə bərabər nağıl da yazmağı sevir. Yaratdığı obrazları o qədər canlı yaradır ki, insan həmin nağıllarda özünü  təsəvvür edir. Hazırda “Kölgəli yollar” adlı hekayəsi üzərində çalışır. Beş yaşında səlis oxumağı, yazmağı, hətta bir çox ölkələrin paytaxtlarının adını, coğrafi yerləşməsini əzbər bilirdi. Öz səyi sayəsində rus və ingilis dilini səlis öyrənmişdir. Bəzi tarixi hadisələrin xronoloji ardıcıllığını, dövlətin atributları haqqında geniş məlumatlar öyrənmişdir. Hər zaman verdiyi suallarda dərin məntiqə malik olan Aidə məktəbə gedəndə öz istedadını müəllimləri qarşısında doğrultdu. Ona yazmağı və oxumağı ilk dəfə atası, şəkil çəkməyi isə babası öyrətmişdir. Çünki babası da çox gözəl əsərlər yaradırdı.
     İsmayılova Aidə Zahid qızı 2004-cü ilin aprelin 24-ü Lənkaran rayonu, Cil kəndində anadan olmuşdur. 2009-cu ildə Binəqədi rayonunda yerləşən 299 saylı məktəbdə təhsilinə başlamış və hal-hazırda 6a sinfində davam etdirir. Dərslərini çox həvəslə və əla oxuyur. 6 il ərzində özünü kollektivdə yoldaşlarının və müəllimlərinin hörmətini qazanmış, idarəedici və lider kimi xarakterlərini möhkəmləndirmişdir. O bütün fənlərə böyük dəyər verir və asanlıqla onları mənimsəyir. Sinifdə tədbir və mərasim keçirəndə ona həvalə olunmuş rolların öhdəsindən uğurla gəlir. Aidə  həyatının hər gününü maraqlı və yaddaqalan sayır, çünki hər gün yeni məlumat, maraqlı faktlar öyrənir. O öyrənməkdən böyük zövq alır. Amma ən uğurlu günü 1-ci sinfdə sinflərarası saniyə oxu yarışı olmuşdur. Bütün 1-ci sinflər arasında 1ci yerə çıxmış, diplom ilə təltif olunmuşdur. O uğurlarına görə özünü valideynlərinə və müəllimlərinə borclu bilir.
Hər bir insanın öz qolu olduğu kimi Aidə də həyatında öz dəstixəttini yazmaq istəyir,  heçkimə oxşamaq istəmir və özü kimi olmaq istəyir. Əla fəaliyyətin ən uca zirvəsinə yüksəlmək istəyir. O balaca yaşlarından həkim olmaq arzusundadır. Çünki, həkim çox məsuliyyətli peşədir. İnsanlar həyatda ən vacib və  dəyərli olan cansağlıqlarını həkimə etibar edirlər. Asudə vaxtlarında rəsm çəkməyi, musiqi dinləməyi və mütaliə etməyi xoşlayır. İncəsənət növlərindən biri olan “Qrafika” ilə yaxından maraqlanır. Natürmort və Portretlər hazırlamağı sevir. Gələcəkdə yüksək səviyyəli həkim olmaq, xeyriyyə işləri görmək istəyir. H.Z.Tağıyev haqqında tez-tez oxuyur. Onun kimi Azərbaycana  xeyirli işlər etməyi, gələcəkdə Azərbaycanı  təmsil edən biri olmaq istəyir.

Комментариев нет:

Отправить комментарий