Müəllim - geniş ictimai mənada mütəfəkkir, ictimai
xadim, insanların dünyagörüşünü və inamını formalaşdıran, onlara həyatda öz
yolunu tapmaqda kömək edən insandır.
Müəllim - uşaqları, gəncləri xalqın, vətənin gələcəyi
üçün hazırlayan vətənpərvər insandır, vətəndaşdır, ictimai xadimdir. Müəllim gənc
nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllim elə
bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan nəsə öyrənməyə can
atsınlar. Bu şərəfli peşəni seçənlər onun məsuliyyətini dərk etməli, durmadan
çalışmalıdırlar.
Haqqında danışacağımız gənc istedadımız Aytac gələcəkdə
müəllimə olmaq istəyir. Buna görə də seçdiyi peşənin dərinliyini və məsuliyyətini
nəzərə almalı, bu gündən sonra da indiki qədər çalışqan olmalı, həmişə yeni nəsə
öyrənməyə cəhd etməlidir. İndi onu yaxından tanıyaq.
Nəcəfova Aytac Xəyal qızı 14 oktyabr 2007-ci ildə Bakı
şəhəri, Sabunçu rayonunda anadan olub. Uşaqlıqda ağlağan, dəcəl olub. Maraqları
topla oynamaq, velosiped sürmək, şarlarla və oyuncaqlarla oynamaq idi.
Məktəbə gedəndə artıq yazıb-oxumağı bilirdi. Məktəbəqədər
hazırlıq kursuna getmişdi. Buna görə də oradakı müəllimlərinin sayəsində
yazmağı və oxumağı öyrənə bilmişdi.
İstedadı ilə bağlı maraq 3 yaşından sonra hiss
olunmağa başlayıb. Bu maraq elə öz istəyi sayəsində yaranmışdı. Elmə böyük həvəslə
yanaşırdı. Oxumaq, təhsilli, dünyagörüşü zəngin bir qız olmaq onun üçün çox
vacib idi.
Aytac hal-hazırda Sabunçu rayonu 148 saylı orta məktəbdə
təhsil alır. Dərslərini əla oxuyur. Həmişə yüksək nəticələr göstərir. Ən çox
sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, təsviri incəsənətdir.
Məktəbdə keçirilən tədbirlərdə yaşıdları kimi Aytac da
fəal iştirak edir. Yeni il şənliyində, Novruz bayramında, Əlifba bayramında - əsgər
bacısı rolunda çıxış edib, “Turpun nağılı”nda isə aparıcı olub.
Həyatında ən maraqlı günü ad günüdür. Həmin gün Aytac
çox şənlənir. Onu təbrik etməyə çoxlu qonaqlar gəlir, ona çoxlu hədiyyələr
alırlar və həmin günün qəhrəmanı Aytac olur. Yalnız o diqqət mərkəzində olur həmin
gün.
Aytac hələ ibtidai sinif şagirdidir. Amma artıq təhsilində
və davranışlarında olan fərqlənmələrə görə həm ailədə, həm də yaxın qohumları
arasında daha çox sevilir. Ona hamı diqqət və daha çox qayğı ilə yanaşır. Qazandığı
uğurlara görə müəlliməsinə və anasına minnətdarlıq edir. Gələcəkdə anası kimi
olmaq istəyir.
Aytacın müəllimə olmaq arzusu var. Məktəbə başladığı
gündən bəri belə qərara gəlib ki, gələcəkdə o da müəllimə olsun.
Asudə vaxtlarında rəsm çəkir, idmanla məşğul olur. Əsasən
üzgüçülüklə və topla oynamaqla məşğul olur.
Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, universitetə
qəbul olmaq istəyir. Ali təhsilini başa vurandan sonra müəllimə olaraq fəaliyyətinə
başlamaq, uşaqlara bilik vermək istəyir.
Yaxşı oxumaqla, ali təhsilli, ziyalı bir xanım kimi
tarixin yaddaşında qalmaq arzusu var.
Allah saxlasin dayim qizini hemse yuxarlarda gorey amin insallah
ОтветитьУдалить