Nurəlizadə Niyazi Nizami oğlu 11 aprel
2000-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. Niyazi uşaqlıqda dəcəl,
hazırcavab olub. Uşaq olduğuna görə ətrafda gördüyü hər şey ona maraqlı gəlirdi.
Ona görə də çoxlu suallar verirdi. Velosiped sürməyi, rəngsiz kitabçalardakı şəkilləri
rəngləməyi, kitabları vərəqləməyi çox sevirdi. Məktəbə getməmişdən əvvəl hərfləri
tanıyırdı, 10-a qədər saymağı, toplama və çıxmanı bilirdi, amma yazmağı
bacarmırdı. 2 yaşı olanda nənəsi ona dövlət himnini, Əsgər marşını və bir neçə
şeir öyrənmişdi. Niyazi bunları səhv etmədən, sərbəst şəkildə təkrarlaya
bilirdi. Valideynləri də bunun sayəsində Niyazinin güclü zehnə və istedada
malik olduğunu öyrəniblər.
15 sentyabr 2006-cı ildə Kürdəmir rayon,
Tofiq İsmayılov adına 1 saylı tam orta məktəbin I sinfinə daxil olub. VII
sinifdən bəri təhsilini Ağdaş “İstək” liseyində davam etdirir. Dərslərini yaxşı
oxuyur. Ən sevimli fənləri kimya və biologiyadır. Həyatında ən maraqlı gün ilk
dəfə liseyə getdi gündür. VII sinifdə oxuyanda 2 tərifnamə, türk dilindən sertifikat,
VIII sinifdə 1 tərifnamə, 1 təşəkkürnamə və informatikadan sertifikat, IX
sinifdə isə 2 tərifnamə və informatikadan sertifikat alıb.
Əldə etdiyi uğur və nailiyyətlərə görə
valideynlərinə və üzərində əziyyəti olan müəllimlərinə borcludur. Fəaliyyətindən
dolayı atası kimi olmaq istəyir. Növbəti illərdə liseyi birinciliklə bitirməyi,
həkim olmağı hədəfləyib. Gələcəkdə həkim olub insanların sağlamlığının qeydinə
qalmaq istəyir. Liseyə daxil olduqdan sonra bu qərarı verib.
Asudə vaxtlarında idmanla məşğul olur, kitab
oxuyur. Əsas məqsədi liseyi müvəffəqiyyətlə başa vurmaqdır. Liseyi bitirdikdən
sonra ali məktəbə qəbul olmaq və xaricdə təhsil almaq arzusundadır. Xaricdə təhsili
başa vurduqdan sonra hərbi xidmətə getmək və xidmətini layiqincə yerinə yetirib,
ardınca həkim kimi fəaliyyətinə başlamaq istəyir.
Niyazi xeyriyyəçilik
etmək, çoxlu faydalı binalar tikmək və beləcə tarixdə yaşamaq istəyir.
Комментариев нет:
Отправить комментарий