elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

21 августа 2015 г.

Ovçiyeva Fərqanə Əfqan qızı

Ovçiyeva Fərqanə Əfqan qızı 2 dekabr 2002-ci ildə Bakı şəhəri Səbail rayonunda dünyaya göz açmışdır. Fərqanənin anası Raisa xanımın sözlərinə görə Fərqanə uşaq vaxtı çox sakit həmçinin ağıllı uşaq olub.O,həmişə uşaqlıqda çoxlu şəkillər çəkib, rəngləyirmiş.Fərqanə bir çox şəkillərə baxır və onda rəsm çəkməyə qarşı maraq oyanmışdır.Rəsmə olan marağı hələ 4  yaşından başlamışdır.Bununla da Fərqanənin uşaqlıqdan şəkil çəkməyə olan marağı bilinmişdir. Məktəbə qədəm qoyan  zaman ancaq şəkillərlə maraqlanmışdır.
Fərqanə ilk təhsilini 239 saylı orta məktəbdə almışdır.Hal-hazırda isə təhsilini H.Mahmudbəyov adına 2 saylı Texniki Humanitar litseydə davam etdirir. Dərslərini çox yaxşı oxuyur.O, bütün fənnləri sevir. Lakin ən sevdiyi fənn təsviri incəsənət,riyaziyyat və ədəbiyyatdır.Fərqanə bir çox uğurlu tədbirlərdə,sərgilərdə,şənliklərdə iştirak edib.O, 2014-2015-ci illərdə “Vergiləri ödəyin” şüarı adı altında sərgidə iştirak etmişdir.Fərqanə bununla kifayətlənməyərək Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin keçirdiyi “Vətənin müdafiəsinə hazıram” adlı sərgidə iştirak edib.Onun növbəti uğurlarından biri isə Özbəkistan və Hollandiya Səfirliklərinin keçirdiyi sərgilərdə iştirakına görə fərqlənməsi və mükafatlandırılması olub.Fərqanə vətəninə,xalqına bağlı  bir uşaq olduqu üçün Xocalı və 20 Yanvar faciəsi ilə bağlı sərgilərdə də iştirak etmişdir. Sərgilərə çox böyük maraqı olduqu üçün iki  dəfə keçirilən “Hesabat” sərgisində də iştirak etmişdir.Onun üstün cəhətlərindən biri isə keçirilən bütün sərgilərdən diplom,sertfikat əldə etməsidir.Fərqanə ilk diplomunu 26 aprel 2013-cü ildə Daşkənd şəhərində keçirilmiş “Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə”adlı sərgidə iştirakına görə əldə etmişdir. İkinci diplomunu isə T.İsmayılov adına uşaq-gənclər yaradıcılıq sarayından verilmişdir.Fərqanənin uğurları günü-gündən artaraq üçüncü diploma qədər yüksəlir.Onun üçüncü nailiyyəti  28 may 2014-cü ildə Hollandiya səfirliyi tərəfindən verilmiş sertfikat olmuşdur. Ona 30 may 2014-cü il 1 iyun “Uşaqların Beynəlxalq müdafiə günü”nə həsr olunmuş vergi  uşaqların gözü ilə tədbirdə sertfikat verilmişdir.Fərqanəyə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən sertfikat təqdim olunmuşdur. 
Fərqanə bütün bu əldə etdiyi uğurlara görə özünü anasına və rəsm müəlliməsi olan Humay müəlliməyə borclu bilir. Asudə vaxtlarını çox maraqlı keçirir.Asudə vaxtlarında rəsmlə məşğul olur.O,təbiəti çox sevir.Onun üçün də çəkdiyi rəsmlərdə təbiət mövzusuna üstünlük verir.
Ovçiyeva Fərqanə gələcəkdə məktəbi bitirib, Rəssamlıq Akademiyasına daxil olmaq istəyir.Onun hədəfi isə Rəssamlıq Akademiyasını fərqlənmə diplomu ilə bitirməkdir.Fərqanə Rəssamlıq Akademiyasın bitirdikdən sonra rəsm müəlliməsi olmaq istəyir.O,rəsm məşğələsinə daxil olduqdan sonra bu fikrə düşüb.Görünür, bu sevgini onda müəlliməsi yaradıb.Fərqanə bir çox sərgilərə əl işlərini təqdim edib,qalib olduquna görə “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti”adlı kitabda şəkli çap olunub.Fərqanənin ən böyük arzularından biri məşhur rəssamlardan birinə oxşamaqdır.
Fərqanənin sözlərinə görə “mən tarixin yaddaşında öz şəkillərimlə iz qoymaq istəyirəm”

Комментариев нет:

Отправить комментарий