elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

22 августа 2015 г.

BABAŞOV RAHİB XƏQANİ OĞLU

Azərbaycan tarix boyunca öz torpaqları uğrunda mübarizə aparmışdır. Dəfələrlə düşmən hücumuna məruz qalmış,  torpaqları əlindən alınmış, ərazisi kiçildilmiş, qəhrəman övladlarını torpaq uğrunda şəhid etmişdir. Bu gün də Azərbaycan torpaqlarının 20 % - i düşmən tapdağı altındadır. Tarixini və keçmişini unutmayan Azərbaycan , gənc nəslə düşmənə nifrəti , torpağa məhəbbəti aşılamaqdadır. Buna görədir ki, azyaşlı oğul və qızlarımız da bu gün düşməni məhv etmək, torpaqlarımızı azad etmək haqqında düşünürlər. 
Cəbrayıl rayonu da işğalda olan ərazilərimizdəndir. 25 avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Bu dəfə haqqında söz açmaq istədiyimiz dostumuz, əslən Cəbrayıl rayonundandır. Uşaqlığından valideynləri tərəfindən düşmənə nifrət hissi ilə böyüyüb, buna görə də gələcəkdə ən böyük arzusu valideynlərinin böyüyüb, boya-başa çatdığı Cəbrayıl rayonunu düşmən tapdağından xilas etməkdir. Sizi dostumuz Rahiblə yaxından tanış edək.
Babaşov Rahib Xəqani oğlu 29 iyun 2005-ci ildə Mingəçevir şəhərində anadan olub.  Rahib körpəlikdən  dəcəl, amma istiqanlı, mehriban bir uşaq olub. Sevimli məşğuliyyəti şəkil çəkmək, Azərbaycan xalq nağıllarını dinləmək, yaşıdları ilə oyunlar oynamaq olub. Məktəbə getməmişdən əvvəl Rahib artıq hərfləri tanıyırdı, 1-ci sinif kitablarını sərbəst şəkildə oxuya bilirdi. Bunu valideynlərinin sayəsində öyrənmişdi. Atasının təhsilə qarşı diqqətcil olmağı və anasının ibtidai sinif müəllimi olması Rahibdə  təhsilə qarşı bir az da həvəs yaradıb.  Çox diqqətcil və hazırcavab uşaq olub.
İlk dəfə 310 saylı orta məktəbdə 1-ci sinfə addımlayıb. Hal-hazırda da həmin məktəbin əlaçı şagirdlərindən biridir. Dərslərindən əla qiymətlər alır, amma riyaziyyat fənnini digərlərinə nisbətən daha çox sevir.
Məktəbdə keçirilən müxtəlif tədbirlərdə də iştirak edib. İlk dəfə 1-ci sinifdə oxuyanda “Əlifba” bayramında təşkil edilən səhnəcikdə Rahib “canavar” rolunda çıxış edib.
Rahib , müəllimi və sinif yoldaşları ilə birlikdə bir neçə dəfə ekskursiyaya gedib, həmin günləri həyatının ən maraqlı günləri hesab edir.  2015-ci ilin may ayında ibtidai təhsili əla qiymətlərlə başa vurduğu günü ən uğurlu günü kimi  qiymətləndirir, həmin gün sevimli müəllimi Nailə xanım, əldə etdiyi uğurlara görə ona diplom təqdim edib.  Rahib qazandığı uğurlardan dolayı valideynlərinə və müəlliminə təşəkkür edir. Gələcək fəaliyyətində atası kimi olmaq istəyir. 
Gələcəkdə ən savadlı insanlardan biri olmaq, alim  olmaq arzusundadır. Uşaqlığından astrologiya elminə qarşı həvəskar olduğundan gələcəkdə də özünü astroloq kimi görür. Əsas hədəfi məktəbi qızıl medalla başa vurub, ali məktəbə daxil olmaqdır, xarici dövlətlərin birində ali təhsil alıb, yeni nailiyyətlər əldə edib, savadlı bir şəxsiyyət kimi öz dövlətinə qayıdıb, burada layiqincə vətəninə xidmət etmək istəyir.
Asudə vaxtlarında şahmat oynamağı, çətin misallar və məsələlər həll etməyi, kitab oxumağı xoşlayır.

Tarixin yaddaşında yaşamaq üçün öncə işğal altında olan torpaqlarımızı azad edib, Milli Qəhrəman olmaq istəyir. Eyni zamanda gələcəkdə elm sahəsində əldə etdiyi nailiyyətlərlə də tarixin yaddaşında yaşamaq arzusundadır.

Комментариев нет:

Отправить комментарий