elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2015 г.

Əliyeva Nuray Elnur qızı

Əliyeva Nuray Elnur qızı 21 dekabr 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Nuray körpəlikdən düşdüyü mühitə tez uyğunlaşan, aktiv, yeniliklər axtarışında olan bir uşaq olub. Rəm çəkmək, kəsmək, nəyisə düzəltmək onun ən sevimli məşğuliy­yətləri olub. Az yaşı olma­sına baxmayaraq o, yad­daş­larda qalmağı baca­rırdı. Məktəbə gedənədək yazmağı, oxumağı tam sərbəst öyrənmişdi, buna anasının dəstəyi ilə nail olmuşdu. İstedadıyla bağlı maraq Nurayda məktəbə­qədər təhsili vaxtı getdiyi kurslarda nəzərə çarpmışdı. Getdiyi ingilis dili kurs­larında bu dilə böyük maraq göstərmiş və çox qısa zamanda öyrənmişdi. 
Nuray ilk təhsilini ABŞ-ın Texas ştatındakı Hyüston şəhərində yerləşən “R. K. Dailiy Elementary” adlı məktəbdə almışdır. İngilis dilinə hələ kiçik yaşlarından yaranan marağı Nuraya Amerikadakı təhsili çox müsbət təsir göstərmişdi. Çox keçmədən o, Amerikadakı təhsil sisteminə uyğunlaşdı. Artıq ingilis dili Nurayın ikinci doğma dilinə çevrilimişdi. Oradakı kollektiv Nurayın ingilis dilini belə sürətlə mənimsəməsi və amerikan təhsil sistemini savadlı qavramsı çox təəccübləndirmişdi. I və II sinfi ABŞ-da oxuyan Nuray III sinifdə vətənə qayıtdı və təhsilini 287 saylı “Zəkalar” liseyində davam etdirdi. Doğma vətəndə Nuraya Bəyim müəllim çox dəstək oldu. O, dərslərini yaxşı oxuyur və ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat və ingilis dilidir. 
Amerikada oxuduğu müddətdə Nuray bir çox festivallarda və tədbirlərdə fəal iştirak etmişdi. Bunlardan “World countries”, “Fall festival”, “Spiring Holiday” və başqalarını misal göstərmək olar. Bu tədbirlərdə iştirakı zamanı nitqi, tələffüzü və danışıq qabiliyyəti ilə heç də yerli uşaqlardan geridə qalmırdı. İngilis dilinddə çox gözəl danışırdı və bu dilə olan sevgisi xeyli artmışdı. 
Nuray: “ - Əldə etdiyim uğur və nailiyyətlərimə gö­rə özümü sevimli valideyn­lərimə və mənə dəstək olan müəllimlərimə borclu hiss edirəm. Xüsusilə də məktə­bimizin direktoru Aygün xanım və Rehan müəl­lim mənə çox dəstək olub­lar. Onların hər birinə təşəkkü­rümü bildirirəm. 
Gələcəkdə dillərə olan marağıma görə tərcüməçi olmaq istəyirəm. Arzum dünya dillərindən bir ço­xu­nu öyrənməkdir. İnsaAllah valideynlərimin dəstəyi ilə bu arzuma çatacağam. 
Asudə vaxtlarımda kitab oxumağı, xarici və milli filmlərə baxmağı çox sevi­rəm. Rəsm çəkməyi də xoş­la­yıram elə bu səbəbdəndir ki, rəsm dərnəyinə gedirəm. Bədii yaradıcılıqla məşğul oluram və bu mənə zövq verir. Uşaq yaşlarımda üzgüçülüklə və rəqslədə məşğul olmuşam. Hazırda isə rəssamlıq və rəqsə eyni dərəcədə vaxt ayırıram. 
Gələcəkdə dərslərimi daha yaxşı oxumaqla valideynlərimə və müəllimlərimə qürur verəcək qədər uğur əldə etmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Təhsilimi inkişaf etdirmək üçün səy göstərəcəyəm. Bunun üçün vətənimdə və lazım gələrsə xarici təhsil ocaqlarında təhsil alacağam və mənə olan ümidləri doğruldacağam.”

Комментариев нет:

Отправить комментарий