elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2015 г.

Əliyev Elcan Elnur oğlu

Əliyev Elcan Elnur oğlu 9 noyabr 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, uşaqlıqdan istedadı, biliyi ilə fərqlənib. Dil açdığı gündən bildiyi nağıl və şeirlərin sayı hesabı yox idi. Yaşı az olmasına baxmayaraq çox vətənpərvər uşaqdır. Bəlkə də 9 noyabr “Bayraq günü” dünyaya gəldiyi üçündür. Kitab oxumağı çox sevir, elə bu səbəbdəndir ki, valideyn­ləri və müəllimləri ona tarixi kitablar, ensiklopediyalar hədiyyə edirlər. Yaşıdları cizgi filmlərinə baxdığı halda o, sənədli filmlərə, tarixi kinolara baxır. Azərbaycan tarixi və coğrafiyası onu çox maraqlandırır. Elcan artıq 4 yaşında yazmağı, oxumağı bilirdi, bütün bunları öz gücünə öyrənmişdi. 6 yaşında ikən artıq o, kiril əlifbasını belə öyrənmişdi. İstedadlı uşaq olduğunu valideynləri və qohumları hiss etmişdilər. O, məktəbəqədər təhsil mərkəzinə getmişdir. İbtidai təhsilə gedən yolda Elcanın bəxti gətirmişdi, çünki onun qarşısına əsl pedaqoq Reyhan xanım çıxmışdı. O, Elcana çox dəstək oldu və hələ də dəstək olmağa davam edir. 
Elcan ilk təhsilini 287 saylı “Zəkalar” liseyində almışdır. İlk və sevimli müəlliməsi olan Aygün Əsgərova Elcanın böyük dəstəkçisi olub. 1-ci sinifi Zəkalar liseyində oxuyan Elcan liseyə daxil olarkən yüksək bal toplamış və sertifikatla təltif olunmuşdu. 2-ci və 3-cü sinfi ölkəmizdən kənarda - Amerikanın Texas ştatında yerləşən Hyuston şəhərindəki “R. K. Daily Elementary” məktəbində oxuyub. IV sinifdən isə təhsilini yenidən doğma vətəndə “Zəkalar” liseyində davam etdirmişdir. Hazırda da təhsilini orada davam etdirir. Dərslərini çox yaxşı oxuyur və ən çox sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat və ingilis dilidir. 
ABŞ-da təhsil alarkən özünə söz verdiki “mən burada Azərbaycanı yaxşı təmsil etmıliyəm”. Orada əldə etdiyi nailiyyətləri ilə bunu sübut etdi. Çox keçmədi ingilis dilində sərbəst və savadlı danışmağa başladı. Azərbaycanda oxuduğu müddətdə də br çox müsabiqələrdə iştirak etmişdir. Əlifba bayramında aparıcı olmuş və tədbiri çox gözəl idarə etmişdir. Bundan əlavə məktəbdaxili keçirilən “Bilik yarışı” müsa­biqəsində dəfələrlə iştirak etmiş və sertifikatla mükafatlan­dırılmışdır. I sinifdə keçirilən “Oxu sürəti” müsabi­qəsində yaşıdların geridə qoyaraq I yerə çıxmışdı. Elcan bir il ərzində liseydə yaddaşlara iz saldı. Məktəbin direktoru Aygün Əhmədli Elcanı yaxından tanıyırdı. II sinifdən təhsilini Amerikada davam etdirən Elcan orada da bir çox tədbirlərdə iştirak etmişdir. “Multiplication master” müsabiqəsində sertifikat qazanmışdır. Bundan başqa o, “Field day”, “World countries”, “Fall festival”, “Spiring Holiday” tədbirlərində fəal iştirak etmişdir. III sinifdə “Spelling Bee” yarışında II yerə layiq görülməsi münasibətilə direktorun onu kubokla təltif etməsi ən uğurlu günüdür. Hamı buna təəccüblənmişdi, azərbaycanlı və sadəcə bir il oxuduğu məktəbdə amerikalı uşaqları geridə qoymuşdu. 2 illik təhsildən sonra Azərbaycana qayıdarkən oradakə müəllimləri və sinifyoldaşları çox kədərlənmişdilər. Sinifyoldaşları ilə sağollaşanda onların Elcana verdiyi üzərində Azəarbaycan bayrağı təsvir olunmuş açıqcalar onun valideynlərində böyük sevinc hissi yaratmışdı. Orada oxuduğu müddətdə Elcan bütün dəftər və kitablarının üstünə məhz doğma bayrağını çəkdiyi üçün sinif yoldaşları ona bu jesti etmişdilər. 
Elcan:” - Fəaliyyətim və uğurlarıma görə valideynlərimə və müəl­limlərimə minnətdaram. Həyatda atama oxşamaq istərdim. Atam kimi istədiyim sənətə yiyələnmək və sənətimdə uğurlar qazanaq istəyirəm. Amerikada oxuduğum müddətdə taekvando idman növü ilə məşğul olmuşam və vətənə sarı kəmər və 3 medalla qayıtmışam. 
Gələcəkdə baş nazir olmaq istəyirəm. Bu fikirə lap az yaşlarımda gəlmişəm. İlk dəfə Reyhan xanım mənə “niyə baş nazir olmaq istəyirsən?” soruşanda mən “baş nazir təkcə prezidentdən aslıdır” deyə cavablamışdım. Arzuma çatmaq üçün əlimdən gələni edəcəyəm. 
Kiçik yaşlarımdan incəsənətin və idmanın bir çox növləri ilə məşğul olmuşam: rəqs, üzgüçülük, taekvando və s. Hazırda isə idmanın cüdo növü və şahmatla məşğul oluram. Bu iki sahəni davam eletdirmək fikrindəyəm. Gələcəkdə də yaxşı oxumaq, valideynlərimə və vətənimə yararlı vətəndaş olmaq istəyirəm. Məkəbdaxili və məktəbdənkənar keçirilən yarışlarda iştirak etməyi də planlaşdırıram. Təhsilimlə bağlı böyük hədəflərim var . İnsaAllah ali təhsilimi dünyanın öndəgedən univerisitetlərində alacam. Buna həm daxili potensialım həm də yüksək səviyyədə olan ingilis dili biliyim imkan verir. Əminəm ki, təhsilimlə bağlı bütün arzularımı həyata keçirməkdə valideynlərim mənə həmişə dəstək olacaqlar.

Комментариев нет:

Отправить комментарий