Tağıyeva Nəzrin Azər qızı 18
dekabr 2004-cü ildə Saatlı rayonunda anadan olub. Nəzrin dəcəl uşaq olub. Evdəki əşyaların yerini dəyişmək onun sevimli
işi idi.
Məktəbə qədər yazıb-oxumağı
bacarırdı . Yazıb-oxumağı uşaq bağçasındakı müəllimi Fəridə xanımdan öyrənib.
9 yaşında Nəzrinin istedadı
valideynləri tərəfindən müşahidə edilib. Nəzrin müxtəlif qolbaqlar hörməyi bacarır, o bunu anasından öyrənib.
İlk dəfə Bakı şəhəri Sabunçu
rayonu, 148 saylı orta məktəbdə təhsil almağa başlayıb. Hal-hazırda da həmin məktəbdə təhsil
alır.
Əlaçıdır. Riyaziyyat, Ana dili sevimli fənləridir. Amma
başqa fənləri də eyni məsuliyyətlə oxuyur.
Uşaq bağçasında olanda və məktəbdə
bəzi tədbirlərdə iştirak edib. Həmin tədbirlərdə, rəqs və səhnəciklərlə
çıxışları olub.
Həyatında ən maraqlı hadisə məktəbə
ilk dəfə getdiyi gündür.
Əldə etdiyi , qazandığı uğur və
nailiyyətlərdən dolayı valideynlərinə və müəllimlərinə borclu olduğunu
vurğulayır. Gələcək fəaliyyətində atasına oxşamaq istəyir.
Nəzrin gələcəkdə hüquqşünas
olacaq. Atasının işləri ilə
maraqlandıqdan sonra bu qərara gəlib.
Asudə vaxtlarında rəsm çəkir,
qolbaq hörür, kitab oxuyur, uşaqlarla oyunlar oynayır.
Bədii yaradıcılıq və incəsənət
sahəsi ilə məşğul olmağı düşünməyib.
Əsas hədəfi məktəbi əla qiymətlərlə
başa vurub, ali məktəbə daxil olmaqdır .
Yüksək təhsil alıb ölkəmizə
layiqli övlad olmaqla insanların yaddaşında qalmaq istəyir .
Nəzrinlə bağlı hələki heç bir
kütləvi informasiya vasitəsində məlumat
verilməyib.
Комментариев нет:
Отправить комментарий