Şaiq Şahin oğlu Əzizov 2002- ci il may ayının 15 -
də Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olmuşdur. O uşaqlıqda çox
sakit , təmkinli bir uşaq olub. Balaca ikən idmanla və rəqslə məşğul olmuşdur.
Lakin buna baxmayaraq oxumağa daha çox maraq göstərib. Şaiq artıq məktəbə gedənə
qədər yazıb-oxumağı öyrənmişdir. Bunlar ona 5-6 yaşlarında valideynləri və bağça
müəllimləri tərəfindən öyrədilmişdir. Artiq 11 yaşında onda istedad yaranıb. Bu
istedad onda valideynləri tərəfindən oyadılmışdır. Şaiq balamız ilk təhsilinə
Seymur Məmmədov adına 301 saylı tam orta məktəbdə başlayıb. Hal-hazırda da həmin məktəbdə təhsilini davam
etdirir. O dərslərinə olduqca məsuliyyətli yanaşır. Hər zaman müvəffəqiyyət eldə
etməyə çalışır. Demək olar ki , bütün fənləri yaxşı oxuyur. Lakin Azərbaycan
dili , riyaziyyat , fizika fənlərini daha çox sevir. İstedadlı Şaiq balamız məktəbin
ən fəal şagirdlərindən biridir. O , həyatında
ən uğurlu günü Dünga Azərbaycanlılarının Həmrəylik Günü aparıcı kimi çıxış etməsini
hesab edir. Ən xoşbəxt günü isə 10 May Mərhum ulu öndərimizin 90 illik yubileyi
ilə əlaqədar tədbirdə iştirak etdiyi gün olmuşdur.
O müxtəlif vaxtlarda "Fəxri -Fərman " və
diplomlarla təltif olunmuşdur. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik
yubileyinə həsr olunmuş "Axi dünya fırlanır əbədi " bədii
koppazisiyasında Bəxtiyar Vahabzadənin rolunda çıxış etdiyinə görə 26 saylı
Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən
"Fəxri-Fərman" la təltif olunmuşdur.
Ümumilli lider Heyder Əliyevin anadan olmasinin 91-ci il dönümü münasibəti
ilə Binəqədi rayonu orta ümumtəhsil məktəbləri arasında keçirilən
"Azerbaycan səninlədi , sənsiz
deyil " 4-cü yaradıcılıq festivalında iştirak edərək , müsabiqədə 1-ci yerə çıxmış və buna görə də "Fəxri-Fərman" la təltif
olunmuşdur. Şaiqin uğuru bununla bitməmişdir
. O , 9 Noyabr " Dövlət bayrağı günü " münasibəti ilə təşkil olunmuş
tədbirdə baba rolunu ifa etdiyinə görə , "20 Yanvar" beynəlxalq hüzn günü münasibətilə təşkil olunmuş tədbirdə və
Xocalı soyqırımına həsr olunmuş tədbirdə şəhid rolunda çıxış etdiyinə görə 26 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi
tərəfindən " Fəxri-Fərman" la
təltif olunmuşdur.
01 dekabr Ümumdünya QİÇS- lə mübarizə günü
münasibəti ilə ''Sağlam həyat tərzini seç " mövzusunda 26 saylı Uşaq Gənclər
Yaradıcılıq Mərkəzinin məktəb -teatr və bədii qiraət dərnəyinin üzvlərinin
iştiraki ilə keçirilən bədii
kompozisiyada narkoman rolunu məharətlə ifa etdiyinə görə , daha sonra isə tədris
ili ərzində tədbirlərdə fəal iştirakına görə diplomla təltif olunmuşdur.
Şaiq öz işindən dolayı atasına , anasına , müəllimlərinə
və General Məhəmməd Əsədova oxşamaq istəyir. O əldə etdiyi nailiyyətlərinə görə
ibtidai sinif müəlliməsi Mənşurə müəlliməyə , daha sonra isə Güliyeva Aidə ,
Quliyeva Aygün və Quliyeva Mahirə müəlliməyə borclu oldugunu düşünür. O , torpaqlarımızı işğaldan
azad etmək üçün vətənpərvər insan kimi böyümək istəyir. Qarşıdakı ən mühüm məqsədi
yüksək hərbi rütbəyə yüksəlməkdir. Şaiq asudə vaxtlarında daha çox aparıcılıq
sahəsi ilə məşğul olmağa üstünlük verir.
Bu istedadlı vətən övladı torpaqlarımızın geri qaytarılması uğrunda
döyüşüb Milli Qəhrəman kimi tarixin yaddaşına düşmək istəyir.
Комментариев нет:
Отправить комментарий