elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 августа 2015 г.

Aytən Mahir qızı Soltanova

Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Aytən Mahir qızı Soltanovadır. Aytən 28 mart 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Aytən körpəlikdə çox aktiv,enerjili,hər şeyə maraq göstərən bir uşaq olub. Məktəbə gedənə qədər artıq əlifbanı öyrənib və yazıb-oxumağı sərbəst bacarıb. Bütün bunlarda ilk növbədə getdiyi bağçanın və özünün marağının böyük rolu vardır.
Aytən 8-9 yaşlarında şeirlər də yazırdı. Hər şeyə marağı olduğundan digər tərəfdən rəsm çəkməklə də məşğul olub. Onda bu maraqları oyadan əsas səbəb təxəyyülü olmuşdur. Aytən ilk təhsilini 275 saylı orta məktəbdə almışdır. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir.
Dərslərini yaxşı oxuyur.
Bütün dərslərə ayrıca bir maraq, həvəs göstərdiyindən ən sevimli fənni seçmək onun üçün çətindir, amma onların arasında Aytənə daha yaxın olan riyaziyyat və coğrafiyadır. O,indiyə qədər keçirilən bir çox tədbirlərdə fəal iştirak etmişdir. İlk iştirak etdiyi tədbir Yeni il tədbiri olub. Bundan başqa" Xocalı", "20 Yanvar", "Heydər Əliyev", "Novruz bayramı", "8 mart" ilə bağlı tədbirlərdə fəal iştirak etmişdir.
Bu tədbirlər arasında ən yadda qalan 2014-cü ildə Suraxanı Rayon İcra Hakimiyyətində Xocalı ilə bağlı keçirilən tədbirdir. Aytən 2014-cü ildə Heydər Əliyevlə bağlı keçirilən tədbirdə Lissabon samitti haqqında səlis danışığına görə diplomla təltif olunmuşdur.
O, əldə etdiyi uğur və nailiyyətlərə görə özünü müəllimələrinə və ailəsinə borclu hesab edir. Əsas hədəfi uğurlu kariyera qurmaqdır və o, bu hədəfə çatmaq üçün bütün pillələri uğurla və qətiyyətlə qalxmağı düşünür.
Aytən dərslərinə kifayət qədər vaxt ayırır, asudə vaxtlarında isə coğrafiyaya aid əlavə məlumatlar toplayır, riyaziyyata dair məntiqi suallar üzərində işləyir və çalışdığı qədər digər fənləri təkrarlayır. Aytən incəsənətin heç bir sahəsi ilə professional şəkildə məşğul olmasa da, rəsm, musiqi , rəqs və digər sahələri ilə hobbi kimi maraqlanır.
Aytən üçün oxumaq anlayışı məktəbi və universiteti bitirməklə kifayətlənmir. O, təhsilini davam etdirib magistr səviyyəsinə qədər qalxmağı planlaşdırır və həyatı boyu öz üzərində işləməyi , daim mütaliə etməyi düşünür. Aytənin fikrincə tarixin yaddaşında iz qoymaq üçün insanlara yararlı olan müəyyən addımlar atmalıdır və çalışmalıdır ki , həmin addımlar müsbət qiymətləndirilsin.

Arzusu, məqsədi böyük olan Aytənə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.

Комментариев нет:

Отправить комментарий