elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

18 августа 2015 г.

Polad Baxış oğlu İsmayılov

Azərbaycanın istedadlı övladlarından biri də Polad Baxış oğlu İsmayılovdur. O, 25 iyun 2007-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Uşaqlıqdan sakit uşaq olub. hazırda da belədir. Poladın maraq dairəsi genişdir, o, maşın­ların maketlərini toplayır, müxtəlif ölkələrin bayraq­ları ilə maraqlanır. Onun ən çox nağıl oxumağı, rəsm çəkməyi çox sevir. Komp­yü­ter oyunlarına da marağı böyükdür. Hazırda şahmat­la maraqlanır. Onda bu marağı atası yaradıb. Mək­təbə gedənə qədər yazıb-oxumağı bacarırdı. Bunu bağça müəllimi Sevinc xanım və anasının köməyilə bacarıb.
Polad ilk qədəmlərini Hövsan qəsəbəsi Vaqif Mirzəyev adına 281 saylı tam orta məktəbdə atmışdır. Hazırda 2e sinfində oxuyur. Polad məktəbin əlaçı şagirdlərindən biridir. Dərslərini əla oxuyan Polad bütün fənləri çox sevir lakin Azərbaycan dili və riyaziyyata meyli daha çoxdur.
Asudə vaxtlarında şəkil çəkmək, kompyüterdə oyunlar oynamaq, cizgi filmlərinə baxmağı xoşlayır. Dərslərini əla oxumaqla bərabər məktəbin tədbirlərində aktiv iştirak edir. Poladın arzusu məktəbi əla qiymətlərlə bitirib ali məktəbə daxil olaraq həkim olmaq istəyir. Xüsusi ilə də cərrah olmaq istəyir. Polad əldə etdiyi uğurlarına görə valideynlərinə və müəllimlərinə, ən əsası Elazər müəllimə özünü borclu hiss edir.
Ona müvəffəqiyyətlər arzu edirik.

Комментариев нет:

Отправить комментарий