Qasımova Fidan Mayıs qızı 2001-ci il yanvar ayının
30-da Əmircan qəsəbəsində anadan olmuşdur.Valideynlərinin dediyinə görə Fidan
balacalıqda maraqlı uşaq olub və eyni zamanda da nadinc uşaq.Bu istedadlı qız
öyrənməyə o qədər həvəsli olub ki,elə uşaqlıqdan çoxlu suallar verib cavab
almağa çalışırmış.Kiçik yaşlarında cizgi filmlərə baxmağı sevər,velosiped sürər,rəsm
çəkər və bütün bunlarla yanaşı bacısıyla dalaşmaqdan zövq alarmış.Fidan məktəbə
getməmişdən əvvəl oxuyub yazmağı bacarmırdı.Lakin Nail Salamov adına 97 saylı
tam orta məktəbə getdiyi gündən etibarən dərslərini həvəslə oxumuş,oxuyub
yazmağı hamıdan daha yaxşı mənimsəmişdir.Fidan dərslərə olan marağını ilk müəlliməsi
Zərnişan xanıma borcludur.
Fidan hal-hazırda 9-cu sinfdə oxuyur və indiyə qədər
heç vaxt zəif qiymət almayıb.Bütün fənləri eyni səviyyədə,yəni çox ela oxuyur.O
elmlə yanaşı ictimai tədbirlərdə də fəaldır,hətta öz siniflərinin adından tədbirlər
təşkil edir və bu tədbirlərdə iştirakı ilə fərqlənir.İctimai tədbirlərdə
aparıcı olmağa daha çox üstünlük verir.Fidan üçün en uğurlu zaman əziyyətlərinin
bəhrəsini gördüyü zamanlardır.O,2012-ci ildə 5ci sinfi ela qiymətlərlə
bitirdiyinə görə diplom ilə,2013-cü ildə 6-cı sinfi əla qiymətlərlə bitirdiyinə
görə fəxri fərmanla,2014-cü ildə Smart Tədris Mərkəzi tərəfindən bir neçə məktəb
üzrə 7-ci siniflər arasında keçirilən sınaqda 1-ci yeri tutduğuna görə
sertifikatla və 2015-ci ildə 8ci sinfi əla qiymətlərlə bitirdiyinə görə fəxri fərmanla
təltif olunub.Fidan bu uğurlarına görə başda Allaha,sonra valideynlərinə və müəllimlərinə
borclu olduğunu bildirib.Nəsirəddin Tusiyə bənzəmək Fidanın ən böyük
arzularından biridir.O sözünü yeritməyi bacardığı üçün gələcəkdə hüquqşünas
olmaq istəyir.
Fidan o qədər istedadlı qızdır ki,rəsm çəkməyi də
bacarır və paltar eskizləri çəkərək onları həyata keçirir.
Tarixin yaddaşında qalmaq,ailəsi və Vətən üçün
xeyirli biri olmaq Fidanın ən müqəddəs məqsədidir.
Bu yolda biz də ona uğur arzulayırıq...
Комментариев нет:
Отправить комментарий