elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 августа 2015 г.

Mürsəlova Rahilə Fətullah qızı

Mürsəlova Rahilə Fətullah qızı 24 mart 2005-ci ildə Moskva şəhərində dünyaya göz açmışdır. Rahilə kiçik yaşlarından çox sakit, mehriban, ünsiyyətcil, yaşıdları ilə tez dil tapan bir uşaq olub. O, da bütün uşaqlar kimi çoxlu suallar verir, onu maraqlandıran şeyləri xırdalığına qədər öyrənənədək suaların ardı -arası kəsilmirdi. Ən çox sevdiyi məşğuliyyəti şəkil çəkmək, plastilinlə, kağızla, lentlərlə, kibrit çöpləri ilə müxtəlif fiqurlar düzətməkdir. Müxtəlif məntiqi oyunlar oynamaq, puzzle yığmaq da sevdiyi məşğuliyyətlər arasındadır. Hələ məktəbə getməzdən əvvəl şəkilli kitablar vasitəsilə hərfləri əzbər öyrənmiş, bəzilərini isə yazmağı bacarırdı. Tam yazıb-oxumağı isə məktəbəqədər kursda öyrənmiş və oranı diplomla bitirmişdir. Rahilənin yaradıcı olmağı onun maraq göstərdiyi oynadığı oyunlardan görünürdü. Çünki heç vaxt bəsit oyunlar oynamazdı. Həmişə yaşıdlarından seçilərdi. Çəkmək, kəsmək, yapışdırmaq, uydurmaq həmişə Rahilə üçün idi. Valideynləri isə bu qabiliyyətlərini görüb onu “Bacarıqlı əllər” dərnəyinə yazdırıblar və yanılmayıblar. Rahilə onların inamını doğrultmuşdur. O, həm də xareoqrafiya dərnəyinin üzvü olub.
Rahilə 7 yaşında ikən ailəsi Moskvadan Bakıya gəlmiş və o, ilk təhsilini ana vətənində 287 saylı “Zəkalar” liseyində almışdır. Hazırda da həmin məktəbdə təhsilini davam etdirir. Dərslərini yaxşı oxuyur. Bütün fənlər üzrə qiymətləri əladır. Ən çox sevdiyi fənlər isə riyaziyyat, və ingilis dilidir.
Uşaq bağçasından başlayaraq indiyədək təşkil olunan bütün tədbirlərdə fəal iştirak edir. Bağçada ikən rayon üzrə keçirilən rəqs müsabiqəsində 9 nəfərlik qrupla “Valenki” rəqsini ifa etmiş və ikinci yerə layiq görülmüşlər. Moskvada keçirilən rayonlarası rəqs festivalında isə L. Nikoloyevanın rəhbərliyi ilə “Uşastiy nyan” rəqsi ilə çıxış etmiş və I yerə layiq görülmüşlər. Və bu kimi bir çox müsabiqələrdə qalib olmuşlar, Rahilə qrup tərkibində həmişə uğur gətirmişdir. Bütün bunlardan əlavə o, rəsm dərnəyinin də üzvüdür. Rahilə 5 yaşında ikən “Gənc rəssam” dərnəyinə yazılmışdır. Yaşıdları arasında fərqlənən Rahilə rəsm müsabiqəsində natürmort janrı üzrə birinci yerə layiq görülmüşdür. Sonralar isə dekorativ qatlama üsulu ilə hazırladığı rəsmlə ikinci yerə layiq görülmüşdür. Hazırda Nizami Rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzində Nərmin müəllimənin sinfində rəssamlıq yolunun davamçısıdır. O, daha çox təbiəti, heyvanları və sevdiyi cizgi film qəhrəmanlarını çəkməyi xoşlayır. Mərkəzin təşkil etdiyi sərgilərə Rahilə də öz töhfəsini vermişdir. Onun səyahət mövzusunda çəkdiyi “Disney land”rəsmi Çexiyada, “Dulusçu” rəsmi isə Polşada təşkil olunan sərgiyə göndərilmişdir. Həmin rəsmlər çox bəyənilmişdir. O, Az.TV və “Mədəniyyət” telekanallarında Nərmin müəllimin apardığı “Dərsdən sonra” proqramının çəkilişlərində iştirak etmişdir.
Əldə etdiyi uğur və nailiyyətlərə görə ilk növbədə valideynlərinə sonra isə hər zaman ona dəstək olan müəllimlərinə, əsasən də liseyin direktoru Aygün xanıma borclu olduğunu və onlara təşəkkür etdiyi bildirir.
Asudə vaxtlarında dostlarıyla həyətdə oynamağı, valideynləriylə stolüstü oyunlar oynamağı, puzzle yığmağı, plastilin və digər vasitələrdən istifadə edərək cürbəcür fiqurlar düzəltməyi xoşlayır.
Rahilə: “-Mən rəsm sahəsində özümü inkişaf etdirmək istəyirəm və janrımda heç kimi təqlid etməmək öz dəsti-xəttimi yaratmaq niyyətindəyəm. Dərslərimi yaxşı oxuyub gələcəkdə savadlı, istedadlı, zövqlü rəssam-dizayner olmaq arzusundayam. Sehirli fırçamla ətraf aləmi gözəlləşdirmək istəyirəm.”

Комментариев нет:

Отправить комментарий