Sevindikli Ərşad Tahir oğlu 23 dekabr 2007-ci ildə
Bakı şəhəri, Sabunçu rayonunda anadan
olub. Ərşad uşaqlıqda çox həssas, ətrafındakılara diqqətlə
yanaşan uşaq olub. Çox uşaqlar kimi Ərşad da rəsmi çox sevib, körpəliyindən əsasən
rəsmlə məşğul olub. 2 yaşı olandan rəsmə marağı hiss olunub, xüsusilə də kirpi,
günəş şəkilləri çəkməyi xoşlayırdı.
Güclü zehnə sahibdir. 5-6 yaşlarında Ərşad artıq II
sinifdə riyaziyyat fənni üzrə tədris olunan proqramı bilirdi. Uşaqlığından onunla əsasən anası məşğul
olurdu, məktəbə getməmişdən əvvəl hazırlıqda olub, müəllimi Kifayət xanım tərəfindən
yazmağı və oxumağı öyrənib. Riyaziyyata meylli olduğundan və zehni qabiliyyəti
yüksək olduğundan müəllimi ona artıq II
sinifdə keçilən proqramı tədris edib.
Ərşad hal-hazırda 148 saylı orta məktəbdə təhsil alır.
Dərslərində əlaçıdır. Bütün fənlərə eyni məsuliyyətlə yanaşsa da, riyaziyyat və
ingilis dilli fənlərini daha çox sevir.
Məktəbdə təşkil edilən müəyyən tədbirlərdə də çıxış
etmişdir. Bunlardan biri “Əlifba” bayramıdır, şənlikdə Ərşad da şeirlər və rəqslərlə çıxış edib. Təlim və tərbiyəsi
ilə istər ailədə, istərsə də məktəbdə seçilir. Əlaçı şagird olduğuna görə şərəf
lövhəsində onun da şəkli yer alıb. Əldə etdiyi nailiyyətlərinə görə sinif rəhbəri
olan Rəsmiyyə xanıma və anası Əminə xanıma minnətdarlıq edir.
Gələcəkdə dövlət işçisi olmağı, asayişin qorunmasını təmin
etməyi arzulayır, hədəfi Polis Akademiyasının tələbəsi olmaqdır. Vətənpərvər
uşaqdır. Dövlət rəmzlərinə böyük hörmət və ehtiramla yanaşır. Düşmənlərimizi
tanıyır və onlara nifrət hissi ilə böyüyür. Şəhid nəvəsi olduğundan , bu
mövzuda yaşıdlarından daha çox həssasdır. O, babası şəhid - Ərşad Sevindiyevin adını daşıyır.
Asudə vaxtlarında şəkil çəkmək, velosiped sürmək,
topla oynamaq onun sevimli məşğuliyyətləridir.
Комментариев нет:
Отправить комментарий