elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 августа 2015 г.

Xədicə Mirələsgər qızı Muxtarova


Azərbaycan istedadlar diyarıdır. Belə gənc istedadlarımızdan biri də Xədicə Mirələsgər qızı Muxtarovadır. Xədicə 8 noyabr 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ailənin sonuncu övladıdır. Valideynləri deyir ki, Xədicə körpəlikdə şən, dəcəl uşaq olub, balacalıqdan musiqiyə böyük marağı olub. Məktəbə gedəndə yaşıdları arasında ən kiçik uşaq olan Xədicəni imtahan verdikdən sonra məktəbə qəbul elədilər. Çoxlu şeirlər, nağıllar bilirdi. İbtidai sinif müəllimi Şəfiqə müəlliminin onun üzərində böyük zəhməti var. Musiqiyə həvəsi kiçik yaşlarından yaranan Xədicəni valideynləri musiqi məktəbinə apardı və o, skripka ilə məşğul olmağa başladı. O, dərslərini çox yaxşı oxuyur, dərs əlaçısıdır. Ən sevdiyi fənlər ədəbiyyat və riyaziyyatdır. Məktəbdə Əhməd müəllimin tələbəsidir. Əhməd müəllim ona skripkanın sirlərini öyrədir və bu yolda zəhməti əvəzsizdir.
Xədicə məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir. O, gələcəkdə musiqi savadını davam etdirmək, Asəf Zeynallı adına musiqi məktəbinə və Konservatoriyaya qəbul olmaq arzusundadır. Məşhur skripkaçıları dinlədikcə onun zirvəyə qalxmaq arzusu daha da artır. Xədicə əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. Onun fikrincə vətənimizə layiqli bir övlad kimi yetişmək hər birimizin borcudur.
Arzusu, məqsədi böyük olan Xədicəyə biz də uğur arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik... 

Комментариев нет:

Отправить комментарий