Xəlilov Muhəmmədəli Vidadi oğlu 10 fevral 2007-ci
ildə Bakı şəhərində anadan olub. Uşaqlığı çox sakit keçib. Kiçik yaşlarında digər
yaşıdları kimi oyuncaqlara, maşınlara, xüsusilə də dəmir əşyalara marağı olub. Məktəbə gedənə qədər çoxlu şeir, nağıl,
mahnılar bilirdi. Qardaşı Nizami ondan böyük olduğuna görə, bunların hamısını
qardaşından öyrənib. Fəal və savadlı uşaq olduğuna görə məktəbə getməmişdən əvvəl
biliyini möhkəmləndirmək üçün ona əlavə müəllim tutulub. İlk sorğu sualdan
etibarən müəllimi ondan razılıq edib və onun əlavə müəllimə ehtiyacı olmadığını
bildirib. Lakin valideynləri onun biliyinin təkmilləşməsi məqsədilə onu 7 ay
hazırlığa göndəriblər.
Muhəmmədəli idmana həmişə həvəskar olub. İstedadı,
demək olar ki, uşaqlığından hiss edilib. Atası Vidadi Xəlilov Karate idman növü üzrə idman ustası
olduğundan Muhəmmədəli də uşaqlığından bu idman növünə maraq göstərib.
Muhəmmədəli hal-hazırda 267 saylı orta məktəb-liseyin
ibtidai sinif şagirdidir. Dərslərində əlaçıdır.
Ən sevimli fənni riyaziyyatdır.
Balaca dostumuz bu yaşda xeyli uğurlar əldə edib: 29 yanvar 2011-ci ildə - 5 yaşı olanda Bakı şəhərində
klublararası “Kyokuşin karate-do” idman növündə yarışda birincilik qazanıb.
2013-cü il aprel ayının 24-də rayonlararası yarışda I yeri qazanıb, 2014-cü il
aprel ayının 26-da Bakı şəhəri çempionlar arasında keçirilən yarışda I yerə
layiq görülüb.
Bakıda keçirilən I Avropa Oyunlarının təbliğatında ( 16-17 may
2015-ci il ) AQOKKNF və BYKKF-sı, Təhsil
və İdman Nazirliklərinin keçirdiyi yarışda da yenə I
yeri qazanıb. 27 may 2015-ci ildə Binəqədi rayon İcra Hakimiyyətinin keçirdiyi
tədbirdə də iştirak edib.
Körpəliyindən onun adı çox yerlərdə qazandığı
uğurlarla hallanır. “Zəfər Qalası” qəzetinin 27 may 2014-cü il
buraxılışında həm Muhəmmədəli , həm də
qardaşı Nizami haqqında böyük məqalə öz əksini tapmışdır.
Onun üçün ən yaddaqalan gün 15 iyun 2015-ci ildə
Avropa Oyunlarında keçirilən Karate yarışlarına getməsi olub. Orada böyük həvəslə
Ayxan Momayevin döyüşünü izləyib. Muhəmmədəli özü də böyüyəndə güclü idmançı
olmağı, vətənini bütün dünyada layiqincə təmsil etməyi arzulayır.
Əldə etdiyi bütün nailiyyətlərdən dolayı atasına
borclu olduğunu bildirir. Bu həvəsi Muhəmmədəlidə atası oyatdığına görə, o da böyüyəndə atası
kimi güclü idmançı olmağı arzulayır.
Muhəmmədəlinin gələcəklə bağlı planları çoxdur. Əvvəlcə
orta məktəbi bitirib, İdman məktəbinə daxil olmaq, daha sonra da Polis
Akademiyasına qəbul olmaq istəyir. Gələcək hədəfi general olmaqdır. Polis Akademiyasını
bitirmək, getdikcə daha yüksək zirvələri fəth etmək, hətta İdman Naziri vəzifəsinə
qədər yüksəlmək arzusundadır. İdmanda həmişə
qalibiyyət əldə etmək istəyir.
Onun ailəsi Mikayıl Müşfiq nəslinin davamçılarıdır,
böyük dayısı Cavad İsmayılov 20 Yanvar şəhidlərindəndir, ulu babası Yunus İsmayılzadə
el şairi olub. Bunlar öz adlarını tarixə yazmış insanlardırlar. Muhəmmədəli
də gələcəkdə adının yaddaşlara həkk olunmasını çox istəyir.
Asudə vaxtlarını rəsm
çəkməklə keçirir.
Комментариев нет:
Отправить комментарий