Abdullayeva Duyğu Şahin qızı 18 iyul 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. Balaca vaxtından rəsm çəkməyi sevir. Onun gözəl əl qabiliyyəti var, rezinlərdən müxtəlif bilərziklər düzəldir, gəlincikləri üçün paltarlar tikir.
Duyğunun anası müəllimdir və məhz elə bu səbəbdəndir ki, onun ilk oyuncaqları elə dəftər-kitab olub. O, məktəbə getməmişdən yazmağı, oxumağı müəyyən qədər bilirdi. Məktəbə getdikdən sonra isə müəllimi tərəfindən öyrədilib.
Duyğu məktəbə ilk qədəmlərini 287 saylı “Zəkalar” liseyində atmışdır. O, dərslərini həvəslə və yaxşı oxuyur, çalışır ki, bütün fənləri eyni dərəcədə öyrənsin. Buna baxmayaraq təsviri incəsənət və riyaziyyatı daha çox sevir.
O, məktəbdə keçirilən tədbirlərdə, sınaq imtahanlarında fəal iştirak edib. Məktəbdə keçirilən Əlifba bayramında “Qızılgül”, məktəblərarası nağıl müsabiqəsində “Şüngülüm” rolunda çıxış edib və bu müsabiqədə I yeri tutaraq diplomla mükafatlandırılıb. Nağıl müsabiqəsi günü Duyğunun ən sevimli, ən çox sevdiyi gün olub. Məktəbdə hər ay keçirilən sınaq imtahanlarında fəxri fərmana layiq görülüb, həmçinin hüsnxət normalarına riayət etməklə səliqəli və sürətli yazı üzrə tərifnamə ilə mükafatlandırılmışdır.
Əldə etdiyi uğur və nailiyyətlərinə görə həmişə yanında olan, ona hər zaman dəstək olan valideynlərinə və Aygün xanıma borclu olduğunu bildirir və onlara təşəkkür edir.
Asudə vaxtlarını səmərəli keçirməyi xoşlayır. O, belə vaxtlarda bədii kitablar oxumağı, təbiət peyzajı çəkməyi, bilərziklər düzətməyi sevir. Duyğu rəqslə də məşğul olur. O, bütün bu fəaliyyətlərini səmərəli hesab edir. İnsan həyata bir dəfə gəlir və yaxşı olar ki, hər sahədən başı çıxsın, öyrənsin və ən əsası uğur əldə etmək üçün səy göstərsin.
Duyğu: “ - Gələcəklə bağlı planlarım çoxdur. Öncə məktəbi “əla” qiymətlərlə bitirib ali məkətəbə daxil olmaq istəyirəm. Ən böyük arzum həkim olmaqdır. Uşaqlıqdan bu fikirdəyəm, ən yaxşı univerisitetlərdə oxuyub ölkəmə savadlı kadr kimi qayıtmaq istəyirəm.”
Комментариев нет:
Отправить комментарий