Mövsümzadə Məryəm Qurban qızı 29 iyul 2007-ci ildə
Bakı şəhərində anadan olub. Məryəm ailədə ilk övlad və ilk nəvə olub. Buna görə
də hamının sevimlisi idi. Ərköyün böyüyüb, amma heç dəcəl olmayıb. Çox şən, ürəyitəmiz,
paylaşmağı bacaran, sevgi dolu bir qız olub. Heç vaxt ətrafındakı uşaqlara
qarşı paxıl olmayıb. Körpəlikdə ən sevimli məşğuliyyəti mahnı oxumaq olub. Eyni
zamanda gözəl geyinməyi, bəzənməyi çox sevirdi. Bəzən də rəsm çəkirdi. 5 yaşı olanda Məryəm artıq yazmağı və
oxumağı bacarırdı. İbtidai sinif müəllimi
olan Zenfira xanımın və anasının köməkliyi ilə yazmağı və oxumağı öyrənib.
267 saylı orta məktəbdə 1-ci sinfə addım atıb.
Hal-hazırda da həmin məktəbin ibtidai sinif şagirdidir. Dərslərini yaxşı
oxuyur. Bütün fənlərə eyni məsuliyyətlə yanaşsa da daha çox Azərbaycan dili və
ingilis dili fənlərinə maraq göstərir. Tədbirlərdə də iştirak edir, aktiv
qızdır. Məryəm balaca olanda məktəbəqədər təhsil müəssisəsində keçirilən tədbirlərdə
iştirak edib. Novruz bayramlarında “Bahar qızı” obrazında , Gül bayramında və
s. keçirilən tədbirlərdə iştirak edib. Məktəbdə “Əlifba” bayramında təşkil edilən
tədbirdə də müxtəlif obrazlarda çıxış edib. Məryəm üçün ən maraqlı hadisə ilk dəfə
1-ci sinfə qədəm qoymasıdır.
Dərslərində əldə etdiyi uğur və nailiyyətlərdən
dolayı Məryəm ilk növbədə ailə üzvlərinə, xüsusilə anasına və təbii olaraq
sinif rəhbəri olan Zenfira xanıma borclu olduğunu bildirir. Məryəm gələcəkdə də
elə anasına oxşamaq istəyir: həm ağıllı,
həm gözəl, həm də savadlı.
Bacardığı qədər yaxşı oxuyub daha böyük uğurlar,
nailiyyətlər əldə etmək istəyir. Ən
böyük arzusu məktəbi müvəffəqiyyətlə
başa vurub, ali məktəbə qəbul olmaqdır. Məryəmin
hədəfi həkim olmaqdır. Gələcəyin savadlı və təcrübəli həkimlərindən biri olmaq
istəyir. Çünki bəzi səhlənkar və təcrübəsiz həkimlərə görə insanlar həyatını
itirir. Məryəm istəyir ki, yaxşı oxuyub, yaxşı həkim olub insanlara kömək
etsin. Babası xəstə olanda, ailə üzvləri həkimə müraciət ediblər, Məryəm də belə
qərara gəlib ki, gələcəkdə özü həkim olsun, ailə üzvlərinin həkimə ehtiyacı
olarsa, onlara özü kömək etsin.
Asudə vaxtlarında rəsm çəkir, əlavə kitablar
oxuyur, əlavə test tapşırıqları həll edir.
Məryəm bildirir ki, əgər o, hər hansı bir bədii
yaradıcılıq sahəsi ilə məşğul olsaydı, xeyirxahlıq, yaxşılıq mövsuzuna daha çox
üstünlük verərdi, özünün yaratdığı əsərlərdə, yaxşılığı, dürüstlüyü,
xeyirxahlığı, köməyi əks etdirərdi.
Gələcəklə bağlı planları ailənin tərbiyəli, ağıllı,
vətənpərvər Məryəmi kimi yadda qalmaq, məktəbi
əla qiymətlərlə başa vurub, həkim olmaq, haqqın və sülhün tərəfdarı kimi, vətəninə və ailəsinə xeyirli övlad kimi yetişməkdir.
Daha öncə Məryəmin
haqqında heç bir kütləvi informasiya vasitəsində məlumat verilməyib.
Ümid edirik ki, növbəti illər ərzində Məryəmin fəaliyyətindəki uğurların sayı
çoxalacaq və biz onun adını tez-tez eşidəcəyik.
Bütün gözəlliklərdən sənin də nəsibinə pay düşsün,
Məryəm !
Комментариев нет:
Отправить комментарий