elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 августа 2015 г.

Məmmədova Günel Sabit qızı

Məmmədova Günel Sabit qızı 18 mart 2003-cü ildə doğulub. Körpəlikdə sakit uşaq olan Günel gəlinciklərlə oynamağı sevib. 
Uşaq bağçasında yazıb-oxumağı ona müəllimi Adilə Həşi­mo­va öyrətmişdi. 5 yaşından təsviri incəsənətə maraq göstərməyə baş­layıb.
I sinfə Bakı şəhər Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Xarici Dillər təmayüllü Gimnaziyada gedib. V sinifdən isə Nazim Rəfiyev adına 104 saylı orta mək­təb­də oxuyur. 
Günel dərslərini yaxşı oxuyur. Azərbaycan dili, biologiya, Azərbaycan tarixi, coğrafiya fənnlərini sevir. 
Gül bayramlarında, 20 yanvara həsr olunan tədbirlərdə və s. çəkdiyi rəsmlərlə iştirak edib. 
Günel özünü valideynlərinə, babasına və rəsm müəllimi Təbəssüm İsayevaya borclu hesab edir. 
Çoxlu kitablar oxuyur, təbiət rəsmləri çəkir. 
Ən böyük arzusu gələcəkdə dahi rəssam olub, təkrarsız tablolar yaratmaqdır.
Uğurlar sənə kiçik rəssam!

9 комментариев: